Yaxın günlərdə pərakəndə satışda kifayət qədər spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq ONN media Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına istinadla bildirir ki, ökədə spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir. Hazırda dünyada maska istehsalçıları 24 saatlıq istehsal rejimində işləsələr də tələbi ödəməkdə çətinlik çəkirlər. Əvvəlki illərdə ölkəmizdə ay ərzində 500-600 min maska satılırdısa, indi bu qədər maska 3 günə satılır. 2018-19-cu illərdə ildə təqribən 5-6 milyon maska satılırdısa, təkcə son bir ayda bu rəqəm 3.5 milyon olub. Ölkədə olan maska ehtiyatlarından səmərəli istifadə etmək üçün ilk növbədə həkim və xəstələr, polis, Müdafiə Nazirliyi, Sərhəd Xidməti və gömrük əməkdaşları təmin olunur və apteklərə satış üçün göndərilir. Ölkə üzrə hər gün təqribən 150-200 min maska paylanır və satışa çıxarılır. Dünən ölkəyə 500 min maska idxal olunub. 1.5 milyon ədəd maska da daxil olacaq. Hökumət maskaların ölkədə istehsalını təşkil etməklə əlverişli şəraiti təmin etməyə çalışır. Nazirlər Kabinetinin bugünkü 114 №li Qərarına əsasən maskaların istehsalında istifadə olunan xammal gömrük rüsumlarından azad olunub. Ölkədə spirt ehtiyatı ilə bağlı heç bir problem yoxdur. Spirtin kiçik həcmli qablarda satışa çıxarılması üzərində müvafiq işlər aparılır. Məsələ yaxın günlərdə həll olunacaq və yerli istehsal məhsulu olan spirt kifayət edəcək miqdarda pərakəndə satışa çıxarılacaq.
Maska və spirt qıtlığı barədə Operativ Qərargahdan açıqlama



Azərbaycan maskaları gələn həftə satışa çıxarılacaq
Apteklərdə tibbi spirt və maska niyə yoxdur?
Azərbaycanda hər gün 200 min maska istehsal ediləcək
Çin bu ölkəyə yararsız maska satdı
Azərbaycanda tibbi maska istehsal ediləcək
Bakıda tibbi maska qıtlığı: "Bir nəfərə iki ədəddən artıq satmırıq" - VİDEO
Maskası olmayanlara pulsuz maska paylanılır
Azərbaycanda qapalı məkanlarda maska tələbi ləğv edilir?
Azərbaycanda nə qədər maska istehsal edilib?
İsraildə brilyantdan tibbi maska hazırlanır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 