Daxili İşlər Nazirliyi (DİN) karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı əhaliyə müraciət edib. Nazirlikdən ONN media-ya verilən məlumata görə, DİN-in şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində xidmət aparır. Vətəndaşlardan bir daha tələb olunur ki, evdən (mənzildən) yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən mağazalara və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə çıxsınlar. Evdən çıxmaq zərurəti yarandıqda qoruyucu tibbi vasitədən (maska) istifadə etsinlər, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlasınlar, mütləq qaydada şəxsiyyət vəsiqəsini (və ya şəxsiyyəti təsdiq edən digər sənədi), fəaliyyətinə icazə verilmiş təşkilatlarda işləyən şəxslər isə xidməti vəsiqələrini və ya bu faktı təsdiqləyən rəsmi arayışı özləri ilə götürsünlər. Ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər.
Polisdən əhaliyə: Yalnız bu hallarda evdən çıxa bilərsiz!



Ölkədə virusa yoluxma artır - Operativ Qərargah
Azərbaycanda hər bir vətəndaş cihaz ilə izlənəcək
Nazirlikdən əhaliyə MÜRACİƏT
DİN-dən əhaliyə daha bir xəbərdarlıq
Azərbaycanda karantin rejimini pozan 3 nəfər HƏBS EDİLDİ
Daxili İşlər Nazirliyindən vətəndaşlara ÇAĞIRIŞ
SON DƏQİQƏ: Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olundu
4 şəhərdə 2 günlük sərt karantin rejimi QÜVVƏYƏ MİNDİ
"Bu, karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir" - DİN-dən XƏBƏRDARLIQ
Gözəllik salonlarına getmək istəyənlərin diqqətinə
SMS icazə xidməti ilə bağlı ən çox verilən sualların cavabları
Bu tarixdən maska tələbi ləğv edilir - RƏSMİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 