Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargah koronavirusla əlaqədar növbəti məlumat açıqlayıb. Nazirlər Kabinetindən ONN media -ya bildirilib ki, İran İslam Respublikası ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə geri qayıtması təmin edilir. Bununla əlaqədar İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun qaynar xətlərinə daxil olan müraciətləri qeydiyyata götürülür. Vətəndaşlarımızın qayıdışı sərhəd keçid məntəqəsində əvvəlcədən müəyyən edilmiş vaxtlarda fəaliyyət göstərən xüsusi dəhliz vasitəsilə həyata keçirilir. Bu məqsədlə İrandan Astara sərhəd-keçid məntəqəsinə gələn vətəndaşlar müvəqqəti qalma yerləri və zəruri şəraitlə təmin edilmiş, müəyyən olunmuş qrafiklə 276 nəfər Azərbaycan ərazisinə keçmişdir. Sərhədi keçən vətəndaşlar xüsusi ayrılmış avtobuslarla karantin zonalarına aparılıb. Qeyd edək ki, İran İslam Respublikasından qayıdan vətəndaşlar mütləq şəkildə 14-29 gün müddətinə karintin rejiminə yerləşdirilir. Bütün vətəndaşlardan karantin rejiminin tələblərinə riayət etmək tələb olunur. Əlavə sorğular üçün vətəndaşların Azərbaycan Respublikasının Tehrandakı Səfirliyi və Təbrizdəki Baş Konsulluğunda açılmış qaynar xətlərə müraciət etməsi tövsiyə edilir. Sorğular daxil olduqdan sonra vətəndaşlarımızın Azərbaycana keçidinin uçuş reysi və xüsusi ayrılmış sərhəd dəhlizi ilə həyata keçirilməsi nəzərdə tutulur.
Operativ qərargah: İrandan Azərbaycan vətəndaşlarının ölkəmizə geri qayıtması təmin edilir


İranda olan Azərbaycan vətəndaşları təyyarə ilə qaytarılacaq
548 nəfər Rusiyadan Azərbaycana döndü
SON DƏQİQƏ: Azərbaycan İrana nota verdi
Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ
Prezidentin köməkçisi sərhəddəki vəziyyətdən danışdı
Rusiyadan Azərbaycana 728 nəfər gətirilib - XİN
Rusiyada yaşayan azərbaycanlıların DİQQƏTİNƏ
İranla sərhəd mayın 4-nə qədər bağlı olacaq- RƏSMİ
10 minə yaxın Azərbaycan vətəndaşı ölkəyə gətirildi - Operativ Qərargah
Rusiyadan ölkəyə qayıtmaq istəyən azərbaycanlıların NƏZƏRİNƏ!
İrana getmək istəyənlərin nəzərinə - QAYDALAR DƏYİŞDİ
İrandan gələn yük qatarları dezinfeksiya edilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 