Bu günlərdə istifadəyə verilən Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi çərçivəsində tikinti altına düşən ağaclar köçürülərək müvafiq ərazilərdə əkilib və hazırda bioloji inkişafına nəzarət olunur.
ONN media xəbər verir ki, bunu jurnalistlərə ETSN-nin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
Onun sözlərinə görə Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsinin mühüm sosial-infrastruktur əhəmiyyətə malik olduğunu və tıxacların aradan qaldırılması baxımından böyük rol oynayacağını nəzərə alaraq ictimai dinləmədən sonra tikinti altına düşən ağacların köçürülməsinə rəy verilib. Ağaclar çıxarılaraq Binəqədi və Abşeron rayonları ərazisində əkilib.
Agentlik rəsmisi məlumat üçün onu da bildirib ki, bu günlərdə Sumqayıtda və Abşeron rayonunda da belə dövlət əhəmiyyətli layihələrin icrası üçün Agentliyə müraciət edilib. Layihələrin mühüm əhəmiyyəti və sosial infrastrukturun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyi nəzərə alınaraq mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə uyğun ərazilərə köçürülməsinə, köçürülməsi mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verilib.
"Ümumiyyətlə iqtisadi və sosial inkişaf tempinə uyğun olaraq ekoloji təsirlərin qiymətləndirilməsi məqsədilə bizə təqdim olunan layihələrin bir hissəsində, xüsusilə də dövlət əhəmiyyətli sosial-infrastruktur layihələrdə ağacların köçürülməsinə zərurət yaranır və ekspertlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən ictimai dinləmələrdən sonra yaşıllıqların yerinin dəyişdirilməsi və yeni yaşıllıq sahələrinin salınması tələbi ilə rəy verilir



Bakının bu küçələri genişləndiriləcək
Qurumuş ağacların yerinə yeniləri əkilib
Bakının bu ərazisində yaşıllıqlar köçürüləcək
Azərbaycanda bu gölün bərpasına başlanılır
Bakıda bu körpü sökülür
Şəhidlər Xiyabanında məzarların qarşısı ağaclarla kəsilib? - VİDEO
İqtisadi fəallıq bərpa ediləcək – İlham Əliyev
Paytaxtda xəstə ağaclar kəsilir
Bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq
Bakıda mühafizəçiləri otağa salıb 60-dan çox ağacı YOX ETDİLƏR – VİDEO
Sumqayıtda qaz olmayacaq
Bakıda yaşıllığı məhv edən xəstəlik yayılır - ŞOK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 