Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azad Məhyəddin oğlu Cəfərli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib. ONN media xəbər verir ki, A.Cəfərli təyinatadək həmin xidmətin rəis müavini vəzifəsini tutub və xeyli vaxt rəisin vəzifə səlahiyyətlərini icra edib. O, 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin 1999-cu ildə “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr, 2001-ci ildə “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistr, Cenevrə İnsan hüquqları Akademiyasının Beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi (L.L.M.) dərəcələrini alıb. “İşğal olunmuş ərazilərdə mədəni sərvətlərin qorunması” mövzusunda diplom müdafiəsi edib. Həmçinin, beynəxalq hüquq və beynəlxalq münasibətlər sahəsində bir sıra kurslarda və təlimlərdə iştirak edib. Əmək fəaliyyətinə 1999-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. 2004-2008-ci illərdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi yanındakı Daimi Nümayəndəliyində çalışıb. 2008-2012-ci illərdə Xəzər dənizinin hüquqi statusu, dəniz ətraf mühitinin qorunması, insan hüquqları və digər sahələrdə ekspert kimi fəaliyyət göstərib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri (2012-2016) vəzifəsində çalışıb. Son təyinatadək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb. Beynəlxalq hüquq və dövlət xidmətlərinin göstərilməsi mövzusunda bir sıra məqalələrin müəllifidir. “Qərb” Universitetində, ADA Universitetində və “ASAN xidmət”in Təlim mərkəzində beynəlxalq hüquq, danışıqların aparılması, dövlət xidmətlərinin göstərilməsi konsepsiyası üzrə qabaqcıl təcrübə mövzularında yerli və əcnəbi dinləyicilərə mühazirələr deyib. İngilis, fransız, rus və türk dillərini bilir.
Prezidentin yüksək vəzifə verdiyi Azad Cəfərli kimdir? - DOSYE



Anar Kərimov ona YÜKSƏK VƏZİFƏ verdi
Prezident Azad Cəfərliyə YÜKSƏK VƏZİFƏ verdi
Anar Kərimov ona VƏZİFƏ VERDİ
Yüksək vəzifəyə təyin edilən Elnur Əliyev kimdir? - DOSYE
Nazirlikdə yüksək vəzifəyə YENİ TƏYİNAT - FOTO
Nazirlikdə yüksək vəzifəyə TƏYİNAT
Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE
Kamal Abdullanın oğluna yüksək vəzifə verildi
İlham Əliyev nazir müavini təyin etdi
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Prezidentin yeni köməkçisi Anar Ələkbərov kimdir? — DOSYE
Vergi Xidmətinin yeni rəisi kimdir? - DOSYE
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 