“Bu gündən qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və müxtəlif istehsal sahələrinin fəaliyyəti bərpa olunub. Karantin tədbirlərinin yumşaldılması virusun yoxa çıxması anlamına gəlmir. İnsanlara məsuliyyətli olmağı və qaydalara əməl etməyi tövsiyə edirəm”. ONN media xəbər verir ki, bu sözləri açıqlamasında baş infeksionist Cəlal İsayev deyib. O bildirib ki, istər sərt karantin, istərsə də karantin rejiminin yumşaldılması dövründə vətəndaşlar qaydalara əməl etməlidir: “Artıq xeyli yumşalmalar var, yaxın gələcəkdə də nəzərdə tutulur ki, bu, davam etdirilsin. Bütün hallarda biz 3 əsas qaydaya riayət etməliyik: Maskadan istifadə etməli, sosial məsafə saxlamalı və kütləvi toplaşma yerlərindən uzaq olmalıyıq. Bu 3 məsələyə əməl olunsa, istənilən halda öndə olacağıq. Gigiyena qaydası isə hər zaman lazımdır”. C.İsayev qeyd edib ki, insanlar mağazalara gedərkən əllərini tanış olmayan əşyaya vurduqda dezinfeksiya etməlidirlər: “İnfeksiya təhlükəsi varsa, buna əməl etməliyik ki, virusa yoluxmayaq və xəstəlik təkrar yayılmasın. Qarşıdan payız mövsümü gəlir. Ona qədər biz qaydalara tam şəkildə əməl etsək, yoluxmalar xeyli azalacaq. Artıq bu qaydalar əksər insanlarda vərdiş halını alıb. Mən bütün insanları buna əməl etməyə çağırıram. Bir qrup şəxslər səhlənkarlıq edirlər. Karantin tədbirləri yumşaldılanda elə bilirlər ki, virus yoxa çıxıb. Virus var və pandemiya davam edir. İnsanlar yumşalma tədbirlərinin davamlı və qalıcı olmasını istəyirlərsə, qaydalara əməl etməlidirlər. Hər birimiz karantin rejimindən yorulmuşuq və bu bəladan tezliklə qurtulmalıyıq”.
“İnsanlar elə bilirlər ki, virus yoxa çıxıb” - Baş infeksionist



Postpandemiya dövründə hansı qadağalar olacaq? – BAŞ İNFEKSİONİST
"Virus gəzdirən xəstələrin müddəti bu tarixdə bitir" - Baş infeksionistdən sevindirici xəbər
"Gələn həftə rayonlara gediş-gəliş və beynəlxalq uçuşlar bərpa oluna bilər" — AÇIQLAMA
Virusun yayılma ehtimalı artır - İsayevdən xəbərdarlıq
Karantinlə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ
TƏBİB-dən karantin rejiminin yumşaldılması ilə bağlı AÇIQLAMA
TƏBİB-dən karantinin daha da yumşaldılması ilə bağlı -AÇIQLAMA
İnsanların çölə çıxmasına 5 günlük qadağa qoyulur? - Baş infeksionistdən AÇIQLAMA
"Yoluxma ehtimalı hələ çoxdur" - Baş epidemioloqdan MÜHÜM AÇIQLAMA
Havalar soyudu: infeksiyanın yayılması sürətlənir?
Karantin rejimi nə vaxt tam ləğv olunacaq? – AÇIQLAMA
Cəlal İsayevdən vətəndaşlara maska ilə bağlı TÖVSİYƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 