Soyuq hava koronavirus infeksiyasının yayılması üçün əlverişli şərait yaradır. Bu virus müsbət 5-10 dərəcə temperaturda daha sürətlə yayılır. Ancaq bu, virusun aktivləşməsi üçün əsas səbəb hesab edilmir. Bu sözləri baş infeksionist Cəlal İsayev bir neçə gündür savaların soyumasının infeksiyanın artım və inkişaf tempinə təsiri barədə danışarkən deyib. C.İsayevin sözlərinə görə, mövsümlə bağlı havaların istiləşməsi ilə xəstələrin sayının azalması gözlənilir: “Hələ görürsünüz ki, havalar sərin keçir. Ancaq həftə sonundan havaların istiləşəcəyi gözlənilir. Əsas odur ki, insanlar qoyulan qadağalara əməl etsin. Çünki virusun artması hava temperaturundan daha çox, yaxın təmasdan asılıdır. İnsanlar arasında təmas sıfra enməlidir. Bu olmasa, gördüyümüz bütün tədbirlər heçə gedəcək”. C.İsayev onu da qeyd edib ki, xüsusi karantin rejimi aradan qaldırılandan sonra normal həyata keçid mərhələli formada baş verəcək: “Əyləncə mərkəzləri, restoranlar, şəhərin mərkəzi hissələrinə giriş birdən-birə açılmayacaq. Bu proses təxminən 1 aya qədər vaxt aparacaq. Karantin müddəti bitəndən sonra qadağalar bir ay müddətində mərhələli şəkildə yumşaldılacaq”.
Havalar soyudu: infeksiyanın yayılması sürətlənir?



Korona üçün isti havaya ümid etməyin – Həkim
Cəlal İsayevdən vətəndaşlara maska ilə bağlı TÖVSİYƏ
Virusun yayılma ehtimalı artır - İsayevdən xəbərdarlıq
Azərbaycanda xüsusi karantin rejimi nə vaxt bitəcək? – Baş infeksionist
Koronavirus Bakıya gələ bilərmi?
Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir?
Baş infeksionistdən XƏBƏRDARLIQ: İnsanlar virusun daha çox yayılmaması üçün...
Baş infeksionistdən koronavirusla bağlı — SEVİNDİRİCİ XƏBƏR
“İnsanlar elə bilirlər ki, virus yoxa çıxıb” - Baş infeksionist
Qızılcadan daha sürətli yayılır
SON DƏQİQƏ: Bakı metrosu bu tarixədək bağlanır
"Virus gəzdirən xəstələrin müddəti bu tarixdə bitir" - Baş infeksionistdən sevindirici xəbər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 