“Mülkiyyətində kiçik pay torpaqları olan və sahibkar kimi fəaliyyəti olmayan bütün vətəndaşlara birdəfəlik yardım edilməlidir”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan vətəndaşların birdəfəlik yardım paketindən kənar qalmasından danışarkən deyib. Deputat qeyd edib ki, bu məsələ tez bir zamanda müzakirə olunmalıdır:
“Mülkiyyətində kənd təsərrüfatı torpaqları olan vətəndaşlarımız məşğul hesab olunur və bu baxımdan da nazirlik əslində qanunvericiliyə istinad edərək yardım ala bilməyənlərin siyahısını hazırlayıb. Orada ən diqqət çəkən məqamlardan biri pay torpağı olanların müraciət hüququnun olmamasıdır.
Düşünürəm ki, bu məsələ müzakirə oluna bilər. Nəticə etibari ilə, xüsusən də bölgələrdə yaşayanların müəyyən qədər pay torpaqları var. Bəzi hallarda pay torpağının sahəsi böyük deyil və nəticə etibari ilə güclü gəlir əldə edə bilmirlər. Bunu nəzərə alaraq qanunvericiliyin uyğunlaşdırılmasına ehtiyac var. Hər halda bu istiqamətdə konkret meyarların müəyyənləşdirilməsi müzakirə oluna bilər. Nisbətən az torpaq payı olanlara yardım edilməsi məqsədəuyğundur. Çünki onların gəlirləri azdır. Böyük pay torpağı olanlar və ondan fermer kimi istifadə edərək gəlir əldə edənlər sahibkar kimi fəaliyyət göstərir”.
Vüqar Bayramovun fikirincə, VÖEN-i olmayan və sahibkar kimi fəaliyyət göstərməyən, sadəcə kiçik pay torpaqlarına sahib olan vətəndaşlarımızın da müraciəti nəzərə alınmalıdır:
“Növbəti mərhələdə bu məsələnin müzakirə olunmas mümkündür”.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pandemiya dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərarla əlaqədar açıqlama yayıb. Qanuna əsasən, işsiz şəxs – işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Muzdla (əmək müqaviləsi ilə) işləyənlər; Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər; Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alına bilməzlər.



Sosial yardım almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Yardım almaq üçün necə müraciət edilməlidir? – Qayda
Deputat müjdəli xəbəri verdi: GƏLƏN İL...
Hər ay 190 manat almağın ən SADƏ ÜSULU – TAM İZAH
Bu şəxslər 190 manatı ala bilməyəcəklər- Rəsmi
Yeni il hədiyyəsi: 42425 ailəyə birdəfəlik yardım verildi
Yeni Sərəncamla ödənəcək birdəfəlik yardım 47 min ailəni əhatə edəcək
49 mənzili olan şəxs 190 manat almaq üçün müraciət edib - İNANILMAZ
100 manatlıq yardımı kimlər alacaq?
Bu şəxslərə 190 manat niyə verilmədi? - Açıqlama
Azərbaycanda bu torpaqlar vergiyə cəlb edilmir - AÇIQLANDI
Fermer Rövşən Şərifov: “Torpağımı qoruya bilmirəm, pasportu yoxdur”
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 