Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, 200 min işsizə 2 ay ərzində hər ay 190 manat yardım edilməsi nəzərdə tutulur. ONN media xəbər verir ki, bu yardımı əldə etmək üçün məşğulluq xidmətlərində işsiz kimi qeydə alınmaq lazımdır. İlk növbədə nəzərə alınmalıdır ki, muzdla (əmək müqaviləsi ilə) işləyənlər, mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz kimi qeydiyyata alına bilməzlər. Ona görə də bu kateqoriyadan olan vətəndaşlar işsiz şəxs kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidirlər. Digər tərəfdən, işsiz kimi qeydiyyata alınan şəxslərdən hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara birdəfəlik ödəmə verilməyəcək. Hazırda narahatlıq yaradan məsələlərdən biri işsiz olub, məşğulluq xidmətlərində qeydə alınmayanlarla bağlıdır. Təsadüfi deyil ki, bu şəxslər karantin qaydalarını pozaraq, Ağstafada Məşğulluq Xidmətinin binası önünə toplanmışdılar. Halbuki orda karantinə görə qəbul keçirilmirdi və işsizliyin qeydə alınması da onlayndır – internet üzərindən. İşsiz kimi qeydə alınmaq üçün bunlar edilməlidir: 1. www.e-sosial.az saytına daxil olun. 2. Əgər asan imza və ya elektron imzanız yoxdursa, onda istifadəçi Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə daxil olmalısınız. 3. Onlayn qaydada İstifadəçi FİN-nin əldə olunması üçün “Qeydiyyatdan keçin” düyməsini seçərək, şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edin. 4. Mobil telefonunuza gələn aktivasiya kodunu uyğun xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın. 5. İstifadəçi FİN ilə daxil olun, şifrənizi yığın və məşğulluq bölməsinə daxil olub, orda uyğun məlumatları yerləşdirin. Bir məsələni də unutmayın ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemin yüklənməməsi üçün bu kateqoriyaya uyğun gəlməyənlərin müraciət etməməsini tövsiyə edib. Çünki lazım oldu-olmadı edilən müraciət bu kateqoriyadan olan və zəruri köməyə ehtiyac duyan soydaşımızın yardım almasını bir neçə gün gecikdirir. Üstəlik, nazirlik sistemin yüklənməməsi üçün rayonlar üzrə təsnifatlandırma aparıldığını da qeyd etdi. Beləliklə, müraciətin rayonlar üzrə olacağı və onlayn müraciətdə rayonu seçməyiniz də lazım gələcək.
Yardım almaq üçün necə müraciət edilməlidir? – Qayda



Bu şəxslər 190 manatı ala bilməyəcəklər- Rəsmi
Kiçik pay torpaqları olan işsizlərə yardım veriləcəkmi?
Hər ay 190 manat almağın ən SADƏ ÜSULU – TAM İZAH
İşsizlər evdən çıxmadan bu üsulla qeydiyyata düşə bilər — RƏSMi
Daha 20 min işsiz şəxs üçün birdəfəlik ödəniş köçürüldü
DİQQƏT! Vətəndaşlara seçim imkanı verildi: İş və pul təklif olundu
Daha 15 min işsizə birdəfəlik ödəmə edildi
Daha 25 min işsizə birdəfəlik vəsait ödənildi
Nazirlik elan etdi: Bu şəxslər də pul alacaq - Diqqət
Regionlarda yaşayan insanlar bu yolla yardım ala bilər – Nazir
25 min işsizin nəzərinə
Daha 20 min işsizə birdəfəlik vəsait ödənildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 