Koronavirus (COVID-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əməkhaqlarının azaldılması hallarına yol verilməməlidir. Bu barədə ONN media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. "Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi saylarının azaldılmaması ciddi nəzarətdə saxlanılır və belə hallara yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı müvafiq tədbirlər görüləcəkdir", - məlumatda bildirilir. Qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış 34 630 sahibkara 46,91 milyon manat maliyyə dəstəyi göstərilib. Sahibkarların müraciəti ilə İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunmuş sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının ödənilməsi üçün 11 607 vergi ödəyicisinə 28,21 milyon manat, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən 23 023 fərdi (mikro) sahibkara 18,7 milyon manat olmaqla onların müvafiq bank hesablarına köçürüb. Tədbirlər Planında pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara ölkə Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına ümumilikdə 295 milyon manat maliyyə dəstəyinin ödənilməsi tapşırılıb və İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında xəzinədarlıq orqanları maliyyələşməni gündəlik əsasda davam etdirir.
Sahibkarlara mühüm XƏBƏRDARLIQ



Azərbaycanda bu şəxslərə maliyyə dəstəyinin göstərilməsinə başlanıldı
Maliyyə dəstəyi almaq istəyən vergi ödəyicilərinin sayı açıqlandı
Bu şəxslərə ŞAD XƏBƏR: sentyabrın 10-dan sonra...
Koronavirusa görə maaş almayanlara şad xəbər
Onlar may ayında yardım ala bilməyəcəklər - RƏSMİ AÇIQLAMA
Yardım istəyənlərin nəzərinə- İqtisadiyyat Nazirliyindən müraciət
Sahibkarlara ödənişlər belə veriləcək - Qaydalar açıqlandı
Sahibkarlar eyni vaxtda 3 bank seçə biləcəklər - Nazir
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi dövlət tərəfindən necə ödənilir? – VİDEOTƏLİMAT
Bu şəxslərə 215 manat pul veriləcək
Sərt karantin: bu şəxslərin maaşı kəsiləcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 