Xüsusi karantin rejiminə ciddi əməl edilməsi faktının ən bariz nümunəsi sərnişindaşımada özünü göstərməlidir. Belə ki, xüsusilə 5 apreldən sonra sərnişindaşımada ciddi say azalması əhalinin karantin rejiminə riayət etməsinin sübutu sayıla bilər. Bəs, əsl mənzərə necədir? Bu barədə Bakı Nəqliyyat Asgentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, müntəzəm xətlərlə yanaşı, 7 ekspres xətt üzrə əlavə 100 ədədə yaxın avtobus sərnişindaşıma prosesinə cəlb edilib. 80 ədədə qədər avtobus isə ehtiyat olaraq müvafiq metro stansiyalarının ətrafında saxlanılır. Görülən bütün zəruri tədbirlərə baxmayaraq, hələ də xüsusi ilə səhər və axşam daşımalarında avtobuslarda sərnişin axını çoxluq təşkil edir: “1 aprel tarixində 614.142 sərnişin, 2 aprel tarixində 576.504 sərnişin, 3 aprel 554.652, 4 apreldə 490.230, 5 apreldə 177.209, 6 apreldə 378.106, 7 apreldə 394.071, 8 apreldə 420.705, 9 apreldə isə 424.051 sərnişin daşınıb. Daşımalara dair statistik məlumatlara əsasən, yalnız aprelin 5-də sərnişin sayında kəskin azalma müşahidə olunub. Ötən gün isə aprelin 8-i ilə müqayisədə təxminən 24 mindən çox sərnişin artımı qeydə alınıb”. M.Ağayev bildirib ki, icra olunan sərnişindaşıma prosesi, o cümlədən də avtobuslararası interval və iş qrafiki adi günlərdən fərqli olaraq məhz xüsusi karantin rejimi ilə icra olunur. Göründüyü kimi, xüsusi karantin rejiminə əhalinin ciddi əməl etdiyi müşahidə edilmir.
BNA açıqladı, karantin pozuntuları üzə çıxdı - Statistika



Yumşalmanın ilk günü vəziyyət necədir?
Bakıda exspres marşrutların fəaliyyəti dayandırılır
Bakıda 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir
BNA rəsmisi: “Onların çalışdığı sahə nə dərəcədə həyati əhəmiyyətlidir?”
Bakıda bu marşrut xətləri ləğv ediləcək
Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir - DİQQƏT
İranın yük təyyarəsi İrəvana nə daşıyır?
Bölgələrdən sərnişin daşımaq istəyən şəxslərin NƏZƏRİNƏ! - RƏSMİ
SON DƏQİQƏ: Bakı metrosu bu tarixədək bağlanır
Avtovağzallar gücləndirilmiş iş rejiminə keçir
Bakıda sərnişin avtobuslarında təhlükəli vəziyyət - VİDEO
Bakıda koronavirusun yayılmasına səbəb olacaq görüntü – VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 