“Bölgələrdən sərnişindaşımada süni qiymət artımına yol verən nəqliyyat sahibləri cəzalandırılacaq”. ONN media xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.Onun sözlərinə görə, şəhərlərarası sərnişindaşımalara icazə verildikdən sonra istər paytaxt, istərsə də bölgələrə sərnişin axını çoxalacaq. “Sərnişin çoxluğunun olacağını nəzərə alaraq, indidən respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiyaya, məktubla müraciət olunub ki, sərnişin sıxlığının aradan qaldırmaq üçün bütün zəruri tədbirlər görsünlər ki, qeyri-qanuni daşımalara yol verilməsin və bunun qarşısını alsınlar. Odur ki, süni qiymət artımına yol verənlər cəzalandırılacaq”- N.Allahyarova deyib. O, əlavə edib ki, fürsətdən istifadə edib fərqlənmə nişanı əldə etmədən müntəzəm və qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olanlar barəsində ciddi tədbirlər görüləcək: “İndiyədək də belə tədbirlər görülüb. Belə fakt təsbit olunarsa, həmin şəxslər barəsində ciddi tədbirlər görülməsi üçün aidiyyatı qurumlara məlumat veriləcək. Bizə indi də belə məlumatlar daxil olur və biz də öz növbəmizdə bu məlumatları müvafiq qurumlara yönləndiririk. Amma hesab edirəm ki, yollar açıldıqdan sonra xəttə lazımı sayda, dövlət qiymətləri ilə tənzimlənən avtobuslar buraxılacağından qeyri-qanuni daşımalara ehtiyac qalmayacaq”. N. Allahyarova əlavə edib ki, biz məhdudiyyətlər dövründə qeyri-qanuni olaraq sərnişinlərin baha qiymətə daşımalarını proqnozlaşdırırdıq: “Bildiyiniz kimi məhdudiyyət olanda, və yaxud nəqliyyat qıtlığı yarananda, sərnişin sayı çox olanda belə hallar olurdu. Biz karantin dövründədə bu halın vüsət alacağını gözləyirdik, amma proqnoz özünü doğrultmadı. Statistika olmadan onu deyə bilərəm ki, karantin dövründə DİN tərəfindən respublika yollarında qurulan postlar, DANX-ın yollarda keçirdiyi reydlər nəticəsində bunun qarşısı alındı. Bundan sonra da qeyri-qanunu sərnişin daşıma və ya baha qiymətə daşımalarla bağlı məlumat daxil olarsa, bu faktlar barəsində ciddi tədbirlər görüləcək”.
Bölgələrdən sərnişin daşımaq istəyən şəxslərin NƏZƏRİNƏ! - RƏSMİ



Taksilərdə qiymət artımı olacaq?
Şəhərlərarası sərnişin daşımada yeni qaydalar olacaq
Gecə marşrutları xəttə buraxıla bilər - RƏSMİ
Taksilərlə bağlı yeni qayda
Rayonlara getmək istəyənlər üçün qaydalar açıqlandı
Bu taksilərin nəzərinə- İcazə verilməyəcək
Taksi sürücülərinə ŞAD XƏBƏR
Bayramda regionlara gedən vətəndaşlara XƏBƏRDARLIQ
Azərbaycanda 16 avtovağzal bağlana bilər
Avtobuslarda gediş haqqı artırılacaq? - AÇIQLAMA
Bakıda yeni avtovağzal tikilib
Avtobus sürücülərinə müraciət: Sürət həddini aşmayın!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 