“Burada psixoloji amilləri unutmamalıyıq, məktəblilərin adaptasiyaya ehtiyacı var”. ONN media xəbər verir ki bu sözləri Azərbaycanda mart ayının 3-dən bağlanan tədris prosesininin nə zaman bərpa oluna biləcəyinə toxunarkən təhsil eksperti Kamran Əsədov deyib: “Şagirdlər yaxın aylarda mütləq məktəbə getməlidir. Bu növbəti tədris ilində onların məktəbə inam, etibar məsələsini həll edəcək. Artıq dünyada, istərsə də Azərbaycanda koronavirusa yoluxma statistikasına baxanda vəziyyət bir qədər optimist olmağa imkan verir. Odur ki, may ayında dəsrlərə başlamaq olar”. Ekspert bildirir ki, pandemiyaya yoluxmanın olmadığı ərazilərdə may ayından etibarən şagirdlər dərslərə cəlb edilməlidir: “Təklif edirik ki, heç də ölkənin bütün ərazisində dərslər eyni vaxtda başlamasın. Hansı ərazilərdə yoluxma yoxdur və ya azdırsa, bu yerlərdə dərslərə hissə-hissə başlasaq yaxşı olar. Bu xüsusən məktəblərin buraxılış və qəbul imtahanlarında iştirak edəcək IX-XI sinifləri üçün vacibdir. Ən azından mütləq şəkildə dərslərə mayın 10-dan sonra başlamaq olar. Gözləyirəm ki, karantin müddəti azı mayın 5-dək uzadılacaq. Ondan sonra isə mütləq şəkildə karantin qaydaları sadələşdirilməlidir. Çünki yay aylarında dörd divar arasında indiki şəraitdə Bakıda qalmaq insanlar üçün çətin olacaq. Bütün hallarda mayın sonu, iyun olsa da, yalnız iyul ayına keçməməsi şərtilə şagirdlər məktəblərə cəlb edilməlidir. Bu mümkündür və edilməlidir”.
"Karantin müddəti mayın 5-dək uzadılacaq.." - Kamran Əsədov - AÇIQLAMA



Azərbaycan da Rusiya kimi maska rejimini ləğv edə bilərmi?
SON DƏQİQƏ: Dərslər 14 günlük dayandırılacaq və…
11-ci sinif şagirdləri bu il məktəbə getmədən MƏZUN OLACAQ?
Məktəbə getməyən şagirdlər necə təhsil alacaq?
Dərslər bu tarixdən başlayacaq: onlayn, yoxsa canlı?
Qəbul imtahanları ləğv oluna bilər? – Ekspert
Ekspert nazirə qarşı: 1 sentyabrda başlasın, ancaq…
Dərslər nə vaxt başlayır, ali məktəblərə qəbul necə olacaq?
İmtahandan sıfır bal toplayan şagirdə attestat veriləcək?
Müəllimlər məktəbə çağırılır: dərslər başlaya bilər?
Ölkə yenidən qapanmaya hazırlaşır?
Ekspert: "Birinci kurslar dərslərə başlamayacaq, digər tələbələr isə..."
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 