“Orta məktəblərdə şagirdlərin virusa yoluxma statistikasının artması, təhsil müəssisələrində tədris prosesinin dayandırılacağı demək deyil. Hazırki dövrdə məktəblərin bağlanması təhsilə ciddi ziyan vura bilər.” ONN media xəbər verir ki, bu fikirləri, təhsil eksperti Kamran Əsədov redaktor.az-a açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, məktəblərdə virusa yoluxma hallarının artması gözlənilən idi: “Bildiyiniz kimi, 90-a yaxın şagirddə virusa yoluxma halları müşahidə edilib. Aydın məsələdir ki, bu qədər kütlənin aktiv hərəkəti yoluxma sayını artıracaq. Şagirdlər arasında virusa yoluxma Bakı kəndlərində, kütləvi yoluxma isə Qubada müşahidə edilib. Virusa yoluxanlar arasında 3-cü , 4-cü sinif şagirdləri üstünlük təşkil edir. Aparılan monitorinqlər nəticəsində məlum olub ki, bu məktəblərdə dezinfeksiya işləri və qoruyucu tədbirlər çox aşağı səviyyədədir. Yoluxma halları qeydə alınan siniflər 14 gün müddətinə bağlanacaq”. K. Əsədov şagirdlər arasında yoluxmanın daha da geniş vüsət almaması üçün, vacib addımların atılmasının zəruriliyini bildirib: “Məktəblərin qarşısındakı sıxlıq aradan qaldırılmalıdır. Təhsil ocaqlarının qarşısında valideynlərin kütləvi şəkildə toplaşmasına icazə verilməməlidir. Məktəb daxilində sanitar qovşaqlar yaradılmalıdır. Məktəblərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır. Təssüflər olsun ki, əvvələr bu işlər yüksək səviyyədə həyata keçirilməyib”. Qeyd edək ki, bu il pandemiya ilə əlaqədar yeni tədris ilində yalnız ibtidai siniflərin təlim-tədrisinə icazə verilib.Hazırda məktəblərdə 640 min şagirdin tədris prosesi həyata keçirilir.
SON DƏQİQƏ: Dərslər 14 günlük dayandırılacaq və…



Ölkə yenidən qapanmaya hazırlaşır?
İbtidai sinifdə oxuyan 2 şagird və daha 7 müəllim koronavirusa yoluxdu
Nazirlikdən məktəblərin bağlanacağı iddialarına cavab
Rusiyada COVID-19-dan yeni maksimum ölüm qeydə alınıb
Azərbaycanda nə qədər məktəb virusa görə bağlanıb?
Qadınlar arasında yoluxma faktı daha çoxdur - TƏBİB
11-ci sinif şagirdləri bu il məktəbə getmədən MƏZUN OLACAQ?
Koronavirusla bağlı son rəqəmlər
Karantin rejimi yenidən sərtləşdirilə bilər — YOLUXMA ARTIR...
Azərbaycanda qızılcaya yoluxma halları azalıb
14 şagirddə koronavirus aşkarlandı
Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 