Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, dövlət dəstəyi alan fərdi (mikro) sahibkarların bəzilərinə maliyyə yardımının bank hesabına təkrar köçürülməsi ilə bağlı bildiriş SMS-i göndərilib. Mesaj İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən göndərilib. ONN media xəbər verir ki, vergi ödəyicisinə təkrar gəlmiş SMS-lə bağlı məsələ araşdırılacaq: “Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi birdəfəlik ödəmələrdir. Əgər həmin fərdi sahibkar pandemiyanın təsirinə məruz qalan sahələr üzrə çalışırsa və muzdlu işçisi varsa, təbii ki, həmin muzdlu işçilərin əməkhaqqına görə də müraciət hüququ vardır və bu halda muzdlu işçilərin əməkhaqqına görə müraciəti təsdiq olunacağı halda, ona maliyyə dəstəyi 2 tranşla köçürülür. Lakin fərdi sahibkarlar üzrə maliyyə dəstəyi proqramından yalnız bir dəfə yararlana bilər”. Tədbirlər Planına əsasən, sahibkarlara minimum 250 manat, maksimum 5 000 manat ödənilə bilər. / Report.az
Onlar may ayında yardım ala bilməyəcəklər - RƏSMİ AÇIQLAMA



Maliyyə dəstəyi almaq istəyən vergi ödəyicilərinin sayı açıqlandı
Bu şəxslərə ŞAD XƏBƏR: sentyabrın 10-dan sonra...
Sahibkarlara mühüm XƏBƏRDARLIQ
Yardım istəyənlərin nəzərinə- İqtisadiyyat Nazirliyindən müraciət
Azərbaycanda bu şəxslərə maliyyə dəstəyinin göstərilməsinə başlanıldı
Koronavirusa görə maaş almayanlara şad xəbər
Sahibkarlara ödənişlər belə veriləcək - Qaydalar açıqlandı
Sahibkarlar eyni vaxtda 3 bank seçə biləcəklər - Nazir
Bu sahibkarlara 250 manat yardım ediləcək
Bu şəxslərə yenidən 250 manat verilə bilər
Zərər çəkmiş sahibkarlar 15 milyon manatadək güzəştli kredit istəyib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 