Hazırda işsiz statusunun verilməsi və işsiz vətəndaşlara birdəfəlik müavinətin ödənilməsi ilə bağlı fəaliyyət göstərən sistemdə heç bir yüklənmə yoxdur. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib. İşsiz statusunun verilməsi və vətəndaşlara müavinət almaqdan ötrü daha çox e-sosial.az portalı vasitəsilə qeydiyyatdan keçməyi tövsiyə edən B.Hüseynov qeyd edib ki, müraciət edən vətəndaşa işsiz statusu bir gün ərzində verilir. Bəzi vətəndaşlara müraciətləri ilə bağlı SMS-in gec gəlməsi və ya gəlməməsi məsələsində də münasibət bildirən B.Hüseynov qeyd edib ki, SMS-in göndərilməsi ilə bağlı xüsusi bir tarix müəyyən edilməyib: “Vətəndaşa SMS elektron bazaya daxil olan məlumat əsasında göndərilir. Vətəndaşlar “Azərpoçt”un rəsmi intrenet ünvanından ödəniş alıb-almadıqları, vəsaitin köçürülüb-köçürülmədiyi barədə informasiya ala bilərlər. Bunun çox asan yolu var. Vətəndaş sayta daxil olduqda elə ilk interfeysdə sorğu bölməsi açılır. Orada şəxsiyyət vəsiqəsinin FİN kodunu qeyd edib “mən robot deyiləm” düyməsini seçirlər. Bundan sonra onlara məlumat təqdim edilir və burada qeyd edilir ki, sizə ödəniş verilib, gedib ala bilərsiniz, yaxud sizin haqqınızda heç bir məlumat tapılmadı. Əgər “heç bir məlumat tapılmadı” infromasiyası verilirsə, deməli, hələ onun müraciətinə baxılmayıb. Ər və arvadın müraciəti 4-5 elektron baza əsasında araşdırılır. Araşdırma zamanı müraciətlə bağlı hansısa dövlət qurumunun bazasından məlumat daha tez üzə çıxır. Bu halda, həmin vətəndaşa da SMS daha tez göndərilir".
190 manata görə SMS almayanlar OXUSUN



Birdəfəlik ödəmələrin verilməsi ilə bağlı daha bir AÇIQLAMA
DİQQƏT! Vətəndaşlara seçim imkanı verildi: İş və pul təklif olundu
Daha 15 min işsizə birdəfəlik ödəmə edildi
Valideynləri işsiz olan tələbələrin NƏZƏRİNƏ
Daha 25 min işsizə birdəfəlik vəsait ödənildi
Daha 20 min şəxsə birdəfəlik ödəniş edildi
Bu şəxslər 190 manatı ala bilməyəcəklər- Rəsmi
10 min nəfərə 190 manat ödənildi
Martda vaxtı bitən sosial yardımların müddəti uzadıldı - RƏSMİ
İşsizlər evdən çıxmadan bu üsulla qeydiyyata düşə bilər — RƏSMi
Daha 20 min işsiz şəxs üçün birdəfəlik ödəniş köçürüldü
Daha 10 min işsizə birdəfəlik vəsait ödənildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 