“Valideynləri işsiz kimi qeydiyyata alınan tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur”. ONN media xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədəki hesabında qeyd edib. Onun sözlərinə görə, hər hansı tələbənin valideynlərinin işsiz statusu barədə məlumatları Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemi vasitəsilə elektron şəkildə əldə edəcək: “Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün tələbələrin məşğulluq orqanlarından valideynlərinin işsiz kimi qeydiyyatda olmasına dair arayış alaraq təhsil müəssisələrinə təqdim etmələrinə ehtiyac yoxdur. Bununla yanaşı, e-sosial.az portalında 15 növdə e-arayış xidməti göstərilir. İşsiz kimi qeydiyyatdan keçən şəxslər də portal vasitəsilə bu barədə e-arayışı əldə edə bilərlər. Bunun üçün e-sosial.az portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra “Şəxsi kabinet”də e-arayış bölməsinə daxil olmaqla, müvafiq elektron arayışı əldə etmək olar”.
Valideynləri işsiz olan tələbələrin NƏZƏRİNƏ



Baş Nazir bu tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə - QƏRAR VERDİ
Bu şəxslər 190 manatı ala bilməyəcəklər- Rəsmi
İşsizlər evdən çıxmadan bu üsulla qeydiyyata düşə bilər — RƏSMi
Tələbələr üçün 40 milyon ayrıldı
DİQQƏT! Vətəndaşlara seçim imkanı verildi: İş və pul təklif olundu
Daha 15 min işsizə birdəfəlik ödəmə edildi
Baş nazirdən qərar- Pul veriləcək
Nazirlik elan etdi: Bu şəxslər də pul alacaq - Diqqət
Regionlarda yaşayan insanlar bu yolla yardım ala bilər – Nazir
Bu şəxslərə işsiz olduğu üçün 250 AZN təqaüd təyin olunur
Daha 25 min işsizə birdəfəlik vəsait ödənildi
Təhsil kreditləri kimlərə veriləcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 