Nazirlər Kabinetinin (NK) qərarı ilə aprelin 27-dən karantin rejimində tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb. İlkin yumşalmaya əhalinin reaksiyası necədir?
Maşınlar və tıxac
Şəhərin mərkəzinə doğru avtomobil sıxlığı başlayır, hətta işıqforlarda əvvəli kimi tıxac müşahidə olunur.
“28 May” metrosu yaxınlığında isə nəqliyyatın hərəkatı karantindən əvvəlki dönəmdəkini xatırladır.
Mağazalar
Şəhərin mərkəzində fəaliyyət göstərən mağazaların, demək olar ki, böyük əksəriyyəti müştərilərin xidmətindədir. Mərkəzdə yerləşən bəzi brend mağazalar, o cümlədən, molların tərkibində fəaliyyət göstərən brendlər fəaliyyətini bərpa etməyib.
Mərkəzdəki mağazaların böyük əksəriyyəti boşdur, bəzi mağazalarda tək-tük müştəri görmək mümkündür.
Mərkəzdən kənarda yerləşən mağazalarda alıcı daha fəaldır. Sözügedən ərazilərdəki satıcılar hazırda alıcıların karantindən öncəki normal günlərdən daha çox gəldiyini deyir. Mərkəzdəki satıcılar isə gün ərzində maksimum 8-10 arası alıcıyla ünsiyyətdə olduqlarını bildirirlər.
Vətəndaşlar
Karantinin ilk günlərindən fərqli olaraq hazırda vətəndaşlar daha laqeyd görünür. Bir neçə gün öncə hər 5 vətəndaşdan 3-də maska və ya tibbi əlcək görürdüksə, indi bu, 5-in 1-ə nisbətinə enib.
Polislər
Mərkəzi küçələrdə hələ də polis postlarına rast gəlinsə də, artıq polislər vətəndaşlara yaxınlaşıb onların sənədlərini yoxlamır.
Polis əməkdaşları hərbçilərin müşayiətində yalnız mərkəzdə əyləşən vətəndaşlara yaxnlaşıb karantin qaydalarına görə bunun qadağan olduğunu bildirir və vətəndaşlardan hərəkət etməyi xahiş edir.
Ümumi mənzərə
Şəhərin mərkəzində gözə çarpan yalnız romantik cütlüklər və gəzintiyə çıxan rəfiqələrdir. Mərkəzdə çox az sayda yaşlı və ailə var.
Şəhərdən kənarda isə körpələri ilə mağaza və marketləri gəzən valideynlərə tez-tez rast gəlinir.axar.az



Mağazalarda geyim problemi- Yaz paltarları yoxdur
"20 Yanvar"da keçidlərdə olan mağazalar bağlandı
Bakıda marketlər niyə yenə boşdur?
Bakıda 8 mart hazırlıqları: gül bazarında qiymətlər
Azərbaycanda bu məhsulların qiyməti bahalaşdı
"Sədərək"də ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək - RƏSMİ
Maşın bazarında durğunluğun səbəbi nədir?
Bakıya giriş-çıxış bir müddət də bağlı qala bilər - SƏRT KARANTİN
Bakının mərkəzində tıxac - QƏZA BAŞ VERDİ
Avqustun 5-dən sonra bu mağazalar açıla bilər - AÇIQLAMA
Bakının ucuz və bahalı Yeni il “yolka”ları — 10 min AZN
Küləyin daha bir fəsadı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 