Karantin rejiminin yumşaldığı şəraitdə belə, insanların zəruri sanitar-gigiyenik tədbirlərinə əməl etməsi olduqca vacibdir. Qaydalara əməl edilmədiyi təqdirdə əhali arasında virusa yoluxmanın ikinci dalğası başlaya bilər. Bunu Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev deyib. Koronavirusun olduqca təhlükəli olduğunu deyən epidemioloq bildirib ki, karantin rejiminin tətbiqi nəticəsində Azərbaycanda yoluxma hallarının sayı azalıb: “Lakin yoluxma sayının azalması, xüsusi karantin rejiminin yumşaldılması əhalidə təhlükənin sovuşduğu əhval-ruhiyyəsini yaratmamalıdır. Mən özüm də müşahidə edirəm ki, insanlarda artıq arxayınlaşma yaranıb. Onlar bilməlidir ki, epidemioloji vəziyyət tələb edərsə, karantin rejimi yenidən sərtləşdiriləcək. Bu, əhalinin özündən asılı olan vacib məsələdir. Əgər əhali dövlət qurumlarının müəyyən etdiyi normativlərə əməl etsə, bu virus ölkəmizdən xaric olacaq. Yoluxma sayının çoxalması da əhalinin bu qaydalara riayət etməməsi nəticəsində baş verə bilər. Vətəndaşlar birdəfəlik bilməlidirlər ki, xəstəliyə yoluxma sayı artarsa, məhdudiyyətlər gücləndiriləcək”. Baş epidemioloq əlavə edib ki, məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, virusa yoluxma ehtimalı hələ çoxdur: “Mən əhalidən xahiş edirəm ki, vacib işi olmayanlar küçəyə çıxmasınlar. Küçəyə yalnız zəruri tələbatın ödənilməsi üçün çıxmaq lazımdır. İnsanlar kütləvi yerlərdən uzaq dayanmağa çalışmalıdırlar. Əhalinin kütləvi şəkildə toplanması xəstəlik hallarının sayının yenidən artmasına səbəb olar. Epidemioloji durum tam sabit olana qədər hər bir kəs öz sosial məsuliyyətini dərk edərək tələb olunan bütün sanitar-gigiyenik normalara əməl etməlidir”.
"Yoluxma ehtimalı hələ çoxdur" - Baş epidemioloqdan MÜHÜM AÇIQLAMA



Karantin qaydaları yenidən SƏRTLƏŞDİRİLƏ BİLƏR - VİDEO
TƏBİB-dən karantin rejiminin yumşaldılması ilə bağlı AÇIQLAMA
Azərbaycanda aylıq karantin tətbiq edilə bilər - RƏSMİ AÇIQLAMA
Karantin ləğv edilə bilər - Açıqlama
Bu virus bir il müddətində bizimlə olacaq - ÜST rəsmisi
Azərbaycanda koronavirusa yoluxmanın pik həddi başa çatıb? - RƏSMİ
Karantin rejimi yenidən sərtləşdirilə bilər — YOLUXMA ARTIR...
Azərbaycanda karantin rejimi uzadıldı - SON DƏQİQƏ
SON DƏQİQƏ: Karantin rejimi daha da sərtləşdirilə bilər - RƏSMİ
Sərt karantin rejiminin nəticələrini nə vaxt görəcəyik? - AÇIQLAMA
Karantin rejimi yenidən sərtləşdirilə bilər? - AÇIQLAMA
Karantin rejimi nə vaxt tam ləğv olunacaq? – AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 