"Azərbaycanda karantin rejiminin yumşaldılmağa başlaması insanlarımızı arxayın salmamalıdır. Karantin rejiminin qaydalarına mütləq şəkildə əməl olunmalıdır". ONN media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat bildirib ki, Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla aparılır, dövlət tərəfindən bütün tədbirlər görülür: “Son günlərin statistikası müsbət tendensiyanın əldə olunduğunu göstərir. Bu tendensiyanı qoruyub saxlamaq üçün vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Virusa qalib gəlmək üçün hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərk etməlidir. Əks halda, bu qədər görülən işlər hədər gedər, virus yenidən artmağa başlaya bilər”. M.Quliyev əlavə edib ki, Azərbaycan virusa qarşı mübarizədə artıq təcrübə əldə edib və virusu nəzarət altında saxlamağı bacarır: “Bunu nəzərə alaraq, dövlət karantin rejimini iyulun 20-dən etibarən yumşaltmağa qərar verib. Lakin vətəndaşlar bu qərardan arxayınlaşmamalıdır. Çünki arxayınlaşıb qaydalara əməl etməmək, virusun yenidən geniş yayılmasına səbəb ola bilər. Bu halda karantin rejiminin yenidən sərtləşdirilməsi lazım gələcək”. Millət vəkili qeyd edib ki, görülən işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatmaq üçün karantin rejiminin qaydalarına riayət etmək lazımdır. Qaydalar isə çox sadədir – tibbi maskadan istifadə etmək, ara məsafəsi saxlamaq, gigiyenik qaydalara əməl etmək, zərurət olmadığı halda evdən çıxmamaq, kütləvi şəkildə toplaşmamaq. Komitə sədri vurğulayıb ki, dünyada hələ karantin rejimindən tamamilə çıxan ölkə yoxdur: “Azərbaycanda koronavirusa yoluxmanın, ölüm göstəricilərinin aşağı olması sevindiricidir. Ancaq heç bir halda bu, bizi arxayın salmalı deyil”.
Karantin rejimi yenidən sərtləşdirilə bilər? - AÇIQLAMA



Azərbaycan uzunmüddətli karantin rejiminə keçə bilər - XƏBƏRDARLIQ
Sərt karantin rejiminin nəticələrini nə vaxt görəcəyik? - AÇIQLAMA
Azərbaycanda metro, restoran və kafelərin fəaliyyəti məhdudlaşır
"Yoluxma ehtimalı hələ çoxdur" - Baş epidemioloqdan MÜHÜM AÇIQLAMA
Xüsusi karantin rejimi uzadılacaq? - RƏSMİ AÇIQLAMA
Həftənin bu günü işlər dayandırılsın - Komitə sədrindən TƏKLİF
SON DƏQİQƏ: Karantin rejimi daha da sərtləşdirilə bilər - RƏSMİ
Bayramdan sonra karantin sərtləşdirilə bilər - AÇIQLAMA
Sərt karantin rejimi uzadılacaq? - 1 həftədən sonra...
İyun ayında karantin rejimi ləğv ediləcək? - AÇIQLAMA
TƏBİB sədrindən koronavirusla bağlı XƏBƏRDARLIQ: “Ən böyük təhlükə qarşıdadır”
Karantin rejimi nə vaxt tam ləğv olunacaq? – AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 