Şərq Tərəfdaşlığının 10 illik yubileyi ilə bağlı Stokholmda keçirilən Nazirlər görüşündə iştirakı çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçin Xarici İşlər naziri Ann Linde ilə görüşüb. Nazirlikdən ONN media -ya verilən məlumata görə, görüşdə Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər üzrə fikir mübadiləsi apardılar. İsveç tərəfinin sorğusuna cavab olaraq Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə məlumat verdi. Beynəlxalq hüququn norma və prinsinpləri, o cümlədən BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı, eləcə də beynəlxalq təşkilatların qərar və qətnamələri, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında münaqişənin tezliklə sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli və məcburi köçkünlərin öz evlərinə qayıtmasının vacibliyi vurğulandı. Tərəflər iki ölkənin XİN-ləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi məsələsini müzakirə etdilər. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi baş tutdu.
Məmmədyarov İsveçin Xarici işlər naziri ilə görüşüb



Elmar Məmmədyarov Baş Beynəlxalq Böhran Qrupunun prezidenti Robert Maley ilə görüşüb
Xarici İşlər Naziri ATƏT-in Baş katibi ilə görüşüb
Nyu Yorkda ABŞ-Azərbaycan münasibətləri müzakirə olundu
Elmar Məmmədyarov polşalı həmkarı ilə görüşüb
Məmmədyarov Lavrovla gündəmdə olan məsələni MÜZAKİRƏ ETDİ
Elmar Məmmədyarov ATƏT sədri ilə görüşüb- FOTO
Məmmədyarov Klaarla danışdı - NƏLƏR MÜZAKİRƏ EDİLDİ?
Nazirlərin Keçikçidağ müzakirəsi - XİN açıqlama yaydı
Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü
Elmar Məmmədyarov Gürcüstan parlamentinin sədri ilə görüşüb
XİN başçısı Quterreşlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi
Məmmədyarov Polşa Seyminin spikerini Azərbaycana dəvət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 