"Əgər manatın məzənnəsində dəyişiklik baş verərsə, bu, yerli istehsalın maya dəyərinin çox ciddi şəkildə artmasına gətirib çıxaracaqdır". Bu sözləri açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib. Onun sözlərinə görə, qiymət artımları qaçılmazdır: "Burada bir neçə istiqamət üzrə qiymətlərdə təzyiqlər yaranıb. Birincisi, dünya səviyyəsində istehsal prosesi pandemiya əleyhinə tədbirlər nəticəsində geri düşüb, bir çox istiqamətlər üzrə dayanıb. İstehsalın dayanması təklifin azalmasına gətirib çıxarır, bu da dolayısı ilə idxal olunan məhsullarda qiymət artımlarını, inflyasiyanı Azərbaycan bazarına gətirib çıxaracaqdır. Çünki ölkəmiz idxaldan asılı ölkədir. Birmənalı şəkildə ərzaq təminatı və ailə təsərrüfatlarının istehlak etdiyi məhsul növləri üzrə idxaldan asılıyıq. Buna görə də bu istiqamətlərdə qiymətlər artacaqdır. İkincisi, Azərbaycan bazarında indiki şərtlər daxilində kifayət qədər liberallıq yoxdur. Bu da bazarda mövcud olan sahibkarlıq subyektlərinin yaranmış imkanlardan istifadə etməsinə şərait yaradır. Yəni qıtlıqdan, məhsul çatışmazlığından istifadə edərək qiymətləri daha yüksək səviyyəyə çatdırmaq və ya yüksək marja tətbiq etmək cəhdləri olacaqdır. Bu özü də qiymət artımına gətirib çıxaran səbəblərdən biridir. Üçüncüsü, yerli istehsalımızın özü xammal baxımından idxaldan asılıdır. Xüsusilə də əgər manatın məzənnəsində dəyişiklik baş verərsə, bu, çox ciddi şəkildə yerli istehsalın maya dəyərinin artmasına gətirib çıxaracaqdır. Beləliklə də yerli istehsal üzrə qiymətlər bahaşlacaqdır. Dördüncüsü, bu gün pandemiya ilə əlaqədar tədbirlər çərçivəsində karqo və daşıma xidmətləri kifayət qədər artıbdır. Burada sahibkarlıq subyektləri üçün həm tələb olunan zaman, həm də xətlər artıbdır. Növbəti aylarda artıq qeyd edilən xərclər də məhsulun maya dəyərinə daxil olmaqla, son istehlakçı qiymətlərinin daha yüksək şəkildə təqdim olunması üçün zərurət yaradacaqdır. Görünən budur ki, növbəti aylarda da qiymət artımlarının proqnozlaşdırılandan daha yüksək olacağını müşahidə edəcəyik.
Pandemiya dövründə qiymətlər bahalaşacaqmı?



Maşın bazarında ucuzlaşma olacaq — EKSPERT
Azərbaycanda qiymət artımı qaçılmazdır - DEPUTATDAN AÇIQLAMA
Gələn ildən qiymət artımları davam edəcək və... - DEPUTAT AÇIQLADI
Tikinti bazarında son durum necədir?
Avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ
Ölkəmizdə yumurta bahalaşacaq?
Mənzil almaq istəyənlərə VACİB XƏBƏR
Ev almaq istəyənlərin DİQQƏTİNƏ
Gələn ildən çörək bahalaşacaq
Bakıda bu mənzillər ucuzlaşır
Bu aydan mənzillər bahalaşacaq - Ekspert
Ev almaq istəyənlərin NƏZƏRİNƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 