Mart ayında tikinti materialları bazarında elə də ciddi bahalaşma olmayıb və əvvəlki aylarda olduğu kimi, təklif çox olmadığı üçün stabillik davam edib”.
Bu sözləri daşınmaz əmlak sahəsi üzrə ekspert Ramil Qasımzadə, bu gün qiymətlərin bazar tərəfindən tənzimləndiyini diqqətə çatdırıb.
Ekspert vurğulayıb ki, əgər bazarda müştəri yoxdursa, qiymət də artmayacaq:
“Qalxsa da, alıcısı olmayacaq. Buna görə satıcı digər xərcləri ödəmək üçün qiymətləri aşağı salmağa məcbur olacaq. Bu gün hələ də Rusiyanın Belqorod və Ukraynanın Polşa ilə sərhədinə yaxın yaxın ərazilərindən ölkəmizə bəzi tikinti materialları idxal olunur.
Bu səbəbdən də bazarda bolluq müşahidə olunur və buna görə də qiymətlərdə artım baş vermir. Əvvəlki aylarda 44-45 manat olan divar kağızlarını hazırda 30-35 manata da almaq olar.”
R.Qasımzadə bununla belə, bəzi məhsullarda cüzi ucuzlaşmanın müşahidə olunduğunu bildirib:
“Əsasən də Rusiyadan gələn materiallarda nisbi ucuzlaşma nəzərə çarpmaqdadır. Əvvəlki iki ay ərzində “dikt” adlanan sıxılmış taxta parçalarının qiyməti 20-22 manat arasında dəyişirdi. Mart ayında isə bu dəyər 16-17 manata qədər düşdü. Alçıpanlarda, eləcə də bəzi yerli məhsullarda cüzi də olsa, ucuzlaşma müşahidə olunur. Ona görə ki, yerli məhsul xarici idxala rəqib olduğu üçün satıcılar cüzi endirimlər edirlər. Bazarın hazırkı vəziyyəti də ümumi satışın zəiflədiyini göstərir”.
O, qiymət dəyişikliklərinin aşağıdakı amillərlə bağlı olduğunu diqqətə çatdırıb:
“Belə ki, qiymətlər fevral ayında artır, amma martın əvvəlində azalır. Sonrakı aylarda isə qiymətlərin yenidən öz əvvəlki səviyyəsinə qalxması mümkündür. Bəzi boya məhsullarında əvvəlcə ucuzlaşma olub, amma sonradan qiymətlər tələbatın artması ilə əlaqədar öz əvvəlki səviyyəsinə qayıdıb. Bəzi dəmir məmulatlarında da eyni vəziyyət müşahidə olunub”.
Onun sözlərinə görə, qarşıdakı aylarda qiymət artımlarının olacağı proqnozlaşdırılır:
“Bunu da aprel ayından etibarən tikinti bumunun başlaması ilə əlaqələndirirlər. Növbəti aylardan tələbatın artacağı və buna uyğun məhsulların bahalaşacağı gözlənilir



Ev almaq istəyənlərin nəzərinə! - VİDEO
Ev tikmək istəyənlərin NƏZƏRİNƏ
Bu aydan mənzillər bahalaşacaq - Ekspert
Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ
Mənzil almaq istəyənlərə VACİB XƏBƏR
Ev almaq istəyənlərin DİQQƏTİNƏ
Ev almaq istəyənlərin NƏZƏRİNƏ
Ev tikmək istəyənlərə ŞAD XƏBƏR
Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB?
Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB isə...
Ev tikmək istəyənlərə ŞAD XƏBƏR
Ev almaq istəyənlərə VACİB XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 