Mayın 11-i saat 23 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Avrohom"a (EuroHome MMC-yə) məxsus ticarət mərkəzində yanğın baş verməsi barədə daxil olan məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin canlı qüvvə və texnikaları tərəfindən operativ surətdə həyata keçirilmiş müdaxilə tədbirlərilə yanğının məhdudlaşdırılaraq saat 01 radələrində tam söndürülməsi təmin edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən ONN media-ya verilən məlumata görə, yanğın söndürüldükdən sonra, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin göstərişinə əsasən dərhal Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müasir kriminalistik texikası və vasitələri ilə təchiz edilmiş səyyar kriminalistik laboratoriyası vasitəsilə prokurorluq əməkdaşları tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin, FHN və Daxili İşlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müfəssəl müayinə olunaraq hadisə yerindən sübut əhəmiyyətli predmet və nümunələr götürülərək ekspertiza tədqiqatına təqdim olunub.
Yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi üzərinə qoyulmuş vəzifəli şəxslərin qulluq səlahiyyətlərindən sui-istifadə etmə və yanğın təhlükəsizliyi qaydalarının pozulması faktları ilə bağlı Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.
İş üzrə məhkəmə kimyəvi, məhkəmə yanğın-texniki, məhkəmə tikinti-texniki, məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ticarət mərkəzindən iş üzrə zəruri olan sənədlər götürülüb.
Hazırda iş üzrə hadisəsinin baş vermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edilməlidir ki, 10 dekabr 2019-cu il tarixdə həmin ticarət mərkəzində 128 nəfərə məxsus əmlakın yanması ilə nəticələnən yanğın hadisəsinin baş verməsi faktı üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə başlanmaqla istintaqı aparılan cinayət işi üzrə zəruri istintaq hərəkətləri və müvafiq ekspertizalar təyin edilməklə rəylərin alınması, vətəndaşlara dəymiş 17 milyon 460 min manat maddi ziyanın 13 milyon 796 min manatının ödətdirilməsi təmin edilib.
Hər iki yanğın hadisəsinin EuroHome MMC-yə məxsus eyni ərazidə yerləşən ticarət mərkəzində baş verməsi səbəbindən cinayət işləri birləşdirilməklə istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində vahid icraatda davam etdirilir



“EuroHome”dakı yanğınla bağlı cinayət işi başlanıldı
"Eurohome"dakı yanğının təfərrüatları- YENİLƏNİB
Qərargah rəisindən yanğınla bağlı AÇIQLAMA: 7 nəfər təxliyə edilib
SON DƏQİQƏ: Bakıda ikimərtəbəli binada yanğın başladı
Bakıda baş verən yanğın məhdudlaşdırıldı
Yanğınla bağlı cinayət işi AÇILDI
Bakıda bu ərazidə güclü yanğın olub- YENİLƏNİB
Hirkan Milli Parkında yanğınla bağlı SON MƏLUMAT - VİDEO
Sədərəkdə güclü yanğın olub
Bakıda oteldə baş verən yanğından YENİ XƏBƏR
Bakıda güclü yanğın baş verib- YENİLƏNİB
Usubov yanğın baş vermiş ərazidə
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 