Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində baş verən yanğın hadisəsi ilə bağlı birgə məlumat yayıb.
ONN media bildirir ki, daxil olmuş məlumat əsasında dərhal Baş Prokuroluğun və FHN-nin əməkdaşları hadisə yerinə çıxıblar.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.
Yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.
Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcəkdir.



Kamran Əliyev yanğınla bağlı göstəriş verdi
SON DƏQİQƏ: Xırdalandakı dəhşətli partlayışla bağlı cinayət işi açıldı
Usubov yanğın baş vermiş ərazidə
Bakıda baş verən partlayışla bağlı cinayət işi açıldı
Narkoloji Mərkəzdə yanğınla bağlı "Qaynar xətt" yaradıldı
Narkoloji Mərkəzdəki yanğınla bağlı CİNAYƏT İŞİ açıldı
Qadını qətlə yetirərək yandıran şəxs tutuldu
Bakıda polisin sevgilisini qətlə yetirməsi ilə bağlı cinayət işi açıldı
Mingəçevirdə QANLI OLAY: 17 yaşlı oğul anasını...
Sumqayıtda 6 gün əvvəl baş verən partlayışla bağlı CİNAYƏT İŞİ başlanıb
Baş Prokurorluq Salyandakı qətllə bağlı məlumat yaydı
Perinatal Mərkəzdə yanğın: 4 körpə öldü - Rəsmi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 