Baş prokurorun birinci müavini Rüstəm Usubov yanğın baş vermiş "Diqlas" ticarət mərkəzinə gəlib.
ONN media xəbər verir ki, R.Usubov hadisənin baş verdiyi əraziyə baxış keçirib.
Sonda R.Usubov prokurorluq əməkdaşlarına göstəriş və tapşırıqlarını verib.
Xatırladaq ki, yanğın hadisəsi martın 26-da baş verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş paytaxtın Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.
Hazırda Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə istintaqı aparılan cinayət işi üzrə hadisəsinin başvermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də yanğınla bağlı məlumatlı şəxslərdən Nizami rayon prokurorluğunda yaradılmış Qərargaha - 421-10-02 və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 440-78-13 nömrəli telefonlarına zəng etmələri xahiş olunur. Report



Narkoloji Mərkəzdə yanğınla bağlı "Qaynar xətt" yaradıldı
Kamran Əliyev yanğınla bağlı göstəriş verdi
Narkoloji Mərkəzdəki yanğınla bağlı CİNAYƏT İŞİ açıldı
İlham Əliyev Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb
"Diqlas"dakı yanğınla əlaqədar yaradılan komissiyanın TƏRKİBİ AÇIQLANDI
7 körpənin öldüyü yanğınla bağlı məhkəmə başlayır
Yanğınla bağlı cinayət işi AÇILDI
Bakıda baş verən partlayışla bağlı cinayət işi açıldı
Gəncədəki partlayışla bağlı cinayət işi başlandı
Perinatal Mərkəzdə yanğın: 4 körpə öldü - Rəsmi
"Diqlas" ticarət mərkəzindəki yanğına görə ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək
“EuroHome”dakı yanğınla bağlı cinayət işi başlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 