Koronovirus (COVİD-19) pandemiyası bir çox sahələrdə olduğu kimi, yas mərasimlərinin keçirilmə formasına da təsirsiz ötüşmədi. İnsanlar bu mərasimləri əvvəlki qaydada bir yerə toplaşaraq israfçılıqla kütləvi şəkildə qeyd edə bilmədilər. Ona görə də karantin rejimi yas mərasimləri barədə yenidən düşünmək və israfçılıqdan uzaq olmaq üçün fürsət ola bilər. Bəs karantin rejimindən sonra yas mərasimləri necə keçirilməlidir?
ONN media xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov trend- ə açıqlamasında cəmiyyətin böyük hissəsinin bu mərasimlərin keçirilmə formasından narazı olduğunu bildirib. O qeyd edib ki, yası düşən insan bilmir dəfnlə məşğul olsun, yoxsa yas mərasiminin təşkili və ya ərzaq tədarükü ilə maraqlansın!
C.Məmmədov bildirib ki, bəzən insanlar məcburiyyət qarşısında qalaraq borc-xərc edib yas mərasimlərini təmtəraqlı keçirməyə çalışırlar:
"Bir çox insanlar el qınağına tuş gəlməkdən çəkinərək buna etirazlarını bildirə bilmirlər. Zaman-zaman Azərbaycan cəmiyyətində bu mövzuda çox müzakirələr aparılıb, etirazlar edilib. Ancaq nəticəsi olmayıb, beləliklə, insanların malı, pulu israf olunur.
Əslində, bu mərasimlər İslam ənənələrindən çoxdan kənara çıxıb. İslama görə dünyasını dəyişən insan üçün 3 gündən artıq yas saxlanılmamalı, təmtəraq və israfçılığa yol verilməməlidir. Müsəlman cəmiyyətlərinə yaxından bələd olan bir insan kimi deyə bilərəm ki, bir çox müsəlman ölkəsinin özündə belə bu cür təmtəraqlı yas ənənələri mövcud deyil”.
Deputatın sözlərinə görə, digər bir problem də təmtəraqlı qəbir daşlarıdır: “Bu gün sanki insanlar dünyasını dəyişən şəxsə bahalı başdaşı qoymaqda yarışa giriblər. Hətta qəbirin üzərində və ətrafında əlavə tikililər salınır.
Bəs, vəziyyətdən çıxış yolu nədir? Bu israfçılığa son qoymaq üçün nə etməliyik? Bu gün əslində bu mərasimlərin yüngülləşdirilməsi və israfdan uzaq keçirilməsi üçün yaxşı bir fürsət yaranıb. Artıq bir sıra keçmiş sovet respublikaları bu sahədə müəyyən qərar və qanunlar qəbul ediblər. Ancaq hər şeyi dövlətin edəcəyini gözləməməli, cəmiyyətdə vətəndaş mövqeyi və ictimai qınaq da olmalıdır. Tam imtina olmasa da, hazırkı dövrdə yas mərasimlərində yüngülləşməyə getmək insanların yükünün azaldılmasına böyük kömək ola bilər”



Karantindən sonra təmtəraqlı yas məclislərinə son qoyulacaq?- VİDEO
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilir
Hacı Şahindən XƏBƏRDARLIQ: Kütləvi iftar mərasimləri...
Toylarla bağlı AÇIQLAMA: Avqustun 10-da başlayır...
Toy edənlərin NƏZƏRİNƏ: Polis qəfil yoxlama keçirə bilər
Baş infeksionistdən XƏBƏRDARLIQ: Bu kütləviliyin acı nəticələrini görəcəyik
DİQQƏT-Azərbaycanda dəfn mərasimləri ilə bağlı qaydalar DƏYİŞİR
İran məscidlərində matəm mərasimləri QADAĞAN EDİLDİ
Karantin rejimi ilə bağlı vacib açıqlama
Karantin rejimi ilə bağlı VACİB AÇIQLAMA
Yas mərasimlərinin keçirilməsi qaydası AÇIQLANDI - RƏSMİ
Toyların keçirilməsinə nə vaxtdan icazə veriləcək?
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək 