“Orduya dəstək yürüşlərində heç kəs karantin qaydalarını gözləmədi. Bu da yoluxma hallarının artmasına səbəb ola bilər. Yüzlərlə insan bir yerə toplaşdı və maska taxmadı. Hamısı yaxın məsafədə idi. Aralarında 1-2 nəfər virus daşıyıcı olsa, başqalarına keçirmə ehtimalı yüksəkdir”. ONN media bildirir ki, bu sözləri Publika.az-a danışan baş infeksionist Cəlal İsayev deyib. O qeyd edib ki, yas mərasimləri kütləvilik baxımından çox ağırdır və insanlar bu yerlərdə qaydaları gözləməlidirlər: “İtkimiz ağırdır. Ordumuzun qəhrəman zabitləri şəhid olub. Ürək ağrısı ilə bu xəbərləri eşidirik. Amma yaxınları da, dəfndə iştirak edənlər də karantin dövrünü düzgün qiymətləndirməlidir. İnsanlar yenidən toplaşacaqlarsa, maska taxmayacaqlarsa bunun sonu ağır olacaq. Bir müddət sonra bu kütləviliyin acı nəticələrini görəcəyik və yaşayacağıq. Bütün bunlara yol verməmək üçün insanlarımız kütləvi aksiyalarda, ziyarətlərdə, dəfn mərasimlərində iştirakdan çəkinməlidir. Böyük ehtimal ki, yoluxma dinamikasında artım müşahidə olunacaq. Bir tərəfdən ermənilərlə müharibə şəraitindəyik, digər tərəfdən isə COVID-19 pandemiyası ölkədə hökm sürür. Üçüncü bir tərəfdən isə yenidən toplaşma stabilliyin pozulması deməkdir. İnsanların toplaşıb qaydalara əməl etmədən nümayişlər keçirməsi ölkəni təhdid altında qoymaq deməkdir. Gəlin bu işə diqqətli yanaşaq və sabitliyimizi qoruyaq. Bizim iki düşmənimiz var. Onlara qarşı birlikdə mübarizə aparaq”.



Karantin ləğv edilə bilər - Açıqlama
Sərt karantin rejiminin nəticələrini nə vaxt görəcəyik? - AÇIQLAMA
Cəlal İsayevdən vətəndaşlara maska ilə bağlı TÖVSİYƏ
Yoluxma sayının artması... - Nazirlik AÇIQLADI
Karantinlə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ
“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq amma...” - Baş infeksionist
İnsanların çölə çıxmasına 5 günlük qadağa qoyulur? - Baş infeksionistdən AÇIQLAMA
Buna görə cərimə tətbiq edilməlidir- Baş infeksionist
“İnsanlar elə bilirlər ki, virus yoxa çıxıb” - Baş infeksionist
Azərbaycanda qapalı məkanlarda maska tələbi ləğv edilir?
Maska və əlcək taxmayanları cərimələmək olarmı? – AÇIQLAMA
Havalar soyudu: infeksiyanın yayılması sürətlənir?
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 