İslam dininə əsasən insan vəfat etdikdən sonra onun lazımi qaydada dəfni həyata keçirilməlidir. Bunu etdikdən sonra başqa heç nəyə ehtiyac qalmır.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, vəfat edən insan dəfn edilir, mərasim də məzarlıqda həyata keçirilir:
“Dində insanın dəfnində çox və ya az adamın iştirakı məsələsi yoxdur. Dində insan vəfat edərkən vacib olan işlərin yerinə yetirilməsi şərtdir. Hər bir dinin bununla bağlı qaydaları var. Bu qaydalar demir ki, sən kütləvi şəkildə toplaşmalısan. İndi koronavirus pandemiyası dövrüdür. Bu virusun aradan qalxması üçün insanların təmasının azaldılması, ara məsafə saxlaması zəruridir.
İndi nə etməliyik, yığışmalıyıq ki, daha çox insan yoluxsun? Ona görə də yas mərasimləri dəfn mərasimi səviyyəsində həyata keçirilib yekunlaşmalıdır. Yəni əvvəlki kimi dəfindən sonra vəfat edən insanın həyətinə, evinə yığışmaq, orada ehsan vermək lazım deyil. Çünki bu, virusun yayılması üçün münbit şərait yaradır”.
M.Qurbanlı bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin də bununla bağlı fətvası var:
“Nazirlər Kabineti yanında Operativ Qərargahın da bu barədə aydın təlimatı var. Bütün din xadimlərinə tapşırıq verilib. Bu gün məscidlər, ziyarətgahlar, senaqoqlar, kilsələr bağlıdır. Tək Azərbaycanda deyil, dünyanın hər yerində belədir. İnsanlarımız bu qaydalara əməl etməlidir, biz koronavirusa qarşı birgə mübarizə aparmalıyıq”. (trend)



Mübariz Qurbanlı: "Yeni qaydalar bu qəbirstanlıqlara şamil olunmayacaq"
Azad Rəhimovun dəfn mərasimi ilə bağlı RƏSMİ AÇIQLAMA
Dini Komitə Ramazan ayı ilə əlaqədar tədbirlər planı hazırlayıb
Komitə sədri: "Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır"
Rəhim Rəhimli ilə vida mərasimi keçirilib
Amil Cavadova Komitədə daha bir vəzifə verildi
Yas və toyların bərpası ilə bağlı - RƏSMİ AÇIQLAMA
Şahzadə Filip dəfn edildi
TƏBİB: Cənazələrin tabutla dəfn edilməsi icazəlidir
DİQQƏT-Azərbaycanda dəfn mərasimləri ilə bağlı qaydalar DƏYİŞİR
Kasıbları dövlət dəfn edəcək- AZƏRBAYCANDA
Məscidlərdə ianələr belə toplanacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 