Bakıda tıxacların qarşısını əhəmiyyətli şəkildə alacaq layihələrdən biri də tramvay xətlərinin bərpa olunmasıdır. ONN media xəbər verir ki, ötən il “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu məsələnin gündəmdə olduğunu bildirmişdi. Hazırda vəziyyət nə yerdədir? Suala cavab tapmaq üçün “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq.
Qurumun Mətbuat Xidmətindən baku.ws-in sorğusuna cavab olaraq bildiriblər ki, hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır. “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan Bakı şəhərinin Baş planında nəzərdə tutulan tramvay xətləri ilə bağlı aidiyyəti qurumlarla razılaşma və müzakirələr aparılır”, – deyə qurumdan bildirilib. Qeyd edək ki, hazırda tramvay xətlərinin çəkilməsi və ona nəzarət edilməsinin hansı quruma həvalə olunması da müzakirə obyektidir. Xatırladaq ki, C.Qurbanov Bakıda çəkiləcək tramvay xətlərinin sxeminin müzakirə olunduğunu bildirmişdi: “Vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır. Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbələrini əhatə edəcək”, – deyə o qeyd edib. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də bildirilib ki, şəhərdə mobilliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir.Bakının tramvay keçəcək əraziləri - SİYAHI - RƏSMİ



Bakının bu ərazilərində tramvaylar işləyə bilər - AÇIQLAMA
Bakıda relssiz tramvay xətləri olacaq
Bakıda bu küçələrdən tramvay xətti keçəcək
Bakının simvolu olan tramvaylar yenidən bərpa olunacaq - VİDEO
Bakıda yeni nəqliyyat növləri yaradılacaq
ŞAD XƏBƏR: Bakı-Naxçıvan...
Tramvay xətdən çıxdı - Ölənlər və yaralananlar var
Şuşaya dəmir yolu xətti çəkiləcək
Bakı-Ağstafa qatarı ilə bağlı - SON VƏZİYYƏT
Bakı dairəvi dəmiryolu nə vaxt istifadəyə veriləcək
Xankəndiyə dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır - RƏSMİ
Sərnişinlərə MÜJDƏ - Daha bir rayona sürət qatarı olacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 