Ermənistanın indiki və sabiq rəhbərliyinin terroru və faşizmi dəstəkləyən əməlləri bir çox beynəlxalq təşkilatlarda cənab Prezidentimiz tərəfindən yüksək səviyyədə ifşa olunub və olunmaqda davam edir.
ONN media xəbər verir ki, bu sözləri Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin iclasında çıxışı zamanı deyib. O bildirib ki, cənab Prezident Ermənistanın əvvəlki rəhbərliyinin alman faşizmi ilə əməkdaşlıq edən Qaragen Njdeyə qoyduğu heykəli Ermənistanın yeni rəhbərinin götürməməsinin, tam əksinə, bu heykəlin qoyulması ilə bağlı bəraətverici çıxışlarının faşizmi dəstəkləyən əməllər olmasını bütün beynəlxalq platformalarda geniş şəkildə ifşa edib:
“Eyni zamanda Ermənistanın keçmiş rəhbərliyinin beynəlxalq terrorçu Monte Melkonyana qoyduğu heykəl də Ermənistanın yeni rəhbərliyi tərəfindən götürülməyib və bu fakt onun beynəlxalq terrora verdiyi dəstəyin nümunəsidir. Ermənistanın Baş naziri Nikol Paşinyanın babasının faşist Almaniyası ilə geniş əməkdaşlığı tarixi faktlarla sübut olundu və Ermənistan rəhbərliyinin iç üzü dünyaya tanıdıldı. Bütün bunlardan sonra Ermənistan baş naziri səviyyəsində Cümhuriyyət tariximizə və Cümhuriyyət qurucularımıza qondarma erməni soyqırımı yalanları kimi yalanlarla hücumlara başlayıb. Bu yalanlara dünyadakı hər bir azərbaycanlı, tarixçilərimiz, siyasətçilərimiz, diaspor təşkilatlarımız, mətbuat qurumlarımız fəal şəkildə cavab verməlidir. Erməni yalanlarının ifşası üçün səfərbərliyimizi daha da artırıb həqiqətləri dünyaya daha geniş çatdırmalıyıq”.
Q.Paşayeva xüsusilə vurğulayıb ki, Cümhuriyyət qurucularımızdan olan bəzi şəxslərin məhz erməni terrorunun qurbanı olduğunu dünyaya çatdırmalıyıq:
“Ermənilər Cümhuriyyət qurucularımızın qətlə yetirilməsi ilə bağlı bir siyahı hazırlamışdılar. Baş nazirimiz, İstiqlal Bəyannaməsində imzası olan Fətəli Xan Xoyski, parlamentin sədr müavini, İstiqlal Bəyannaməsində imzası olan Həsən bəy Ağayev Tiflisdə, Qarabağın qurucu xanı Pənahəli xanın nəticəsi olan Daxili İşlər nazirimiz Behbud xan Cavanşir İstanbulda erməni terrorunun qurbanı oldular, ermənilər tərəfindən xaincəsinə qətlə yetirildilər. Bu böyük şəxsiyyətlərimizin ermənilər tərəfindən qətlə yetirilməsinin 100-cü ildönümü tamam olur. Çox yaxşı olardı ki, Bakının mərkəzi yerlərində erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucularımızın büstləri və ya heykəlləri qoyulsun və orada onların məhz erməni terrorunun qurbanı olduqları, ermənilər tərəfindən qətlə yetirilməsi qeyd olunsun. Bu ölkəmizə gələn çoxlu sayda insana həqiqətlərin, gerçəklərin daha geniş çatdırılması istiqamətində də vacib addım olardı”



Ermənistanın törətdiyi hərbi cinayətlər tam təsbitini tapıb - Prezidentin köməkçisi
Azərbaycan XİN-dən Paşinyanın açıqlamasına MÜNASİBƏT
AŞPA iclasında erməni təxribatından danışıldı
Prezident AÇIQLADI: "Ermənistanın təxribatlarına adekvat cavab verilir"
"Azərbaycan heç zaman mülki əhalini hədəf almayıb"
Ermənistanın təcavüzkar dövlət olması növbəti dəfə təsdiqini tapdı - XİN-dən açıqlama
XİN-dən erməni təxribatı ilə bağlı açıqlama
Laçında məntəqənin təsis edilməsi... - XİN-dən Nikola cavab
Paşinyan təcili Moskvaya yollandı - SON DƏQİQƏ
Azərbaycan XİN-dən Paşinyana CAVAB
Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da... - Politoloq
Paşinyan Qarabağdan əlini üzdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 