Xarici İşlər Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə dəyişikliklər edilməsi barədə qərar verib.
ONN media-nın məlumatına görə, reqlamentə əsasən Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən bu elektron xidmət Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza (turistlərə verilən elektron viza istisna olmaqla) almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edir.
Viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə, müraciət olunduğu gündən ən geci 15 gün keçənədək, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallarda, habelə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfəri təcili müalicə, yaxud Azərbaycanda yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa (bu faktları təsdiq edən sənəd təqdim olunmaqla) ən geci 2 iş günü ərzində baxılır. Tranzit vizaları və birdəfəlik giriş vizaları üçün 20 dollar, çoxdəfəlik giriş vizaları üçün 350 dollar məbləğində dövlət rüsumu ödənilir. Ödəmə üsulları bank, poçt, plastik kart, internet, elektron ödəmə sistemləridir.
İndiyə qədər elektron qaydada viza verilməsi ilə bağlı bu elektron xidmətin digər icraçıları olmayıb. Dəyişikliyə əsasən Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti bu elektron xidmətin digər icraçıları sırasına daxil edilib. Eyni zamanda Elektron xidmətin təqdim olunma yeri də dəyişib. Xarici İşlər Nazirliyi artıq elektron xidməti “evisa.mfa.gov.az” deyil, “eapplication.mfa.gov.az” elektron ünvanında təqdim edəcək.
Qərar bu gündən – fevralın 27-dən qüvvəyə minir.



Viza prosedurları sadələşdirildi - Prezident SƏRƏNCAM imzaladı
Prezident Miqrasiya Məcəlləsində dəyişikliyi təsdiqlədi
Bakıya gələcək əcnəbilərin viza prosedurları sadələşdirildi - Səbəbi isə...
İlham Əliyev sərəncam imzaladı
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi
Bu əcnəbilər üçün viza prosedurları sadələşdirilir
Məşhur yarışla bağlı sərəncam imzalandı
“ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edildi
Əbülfəs Qarayev: Vizanın 3 saata verilməsi bütün maneələri aradan qaldırdı
Prezident viza prosedurlarını sadələşdirdi
İlham Əliyev sərəncam imzaladı
Viza ilə bağlı DƏYİŞİKLİK
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 