Prezident İlham Əliyev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. ONN media xəbər verir ki, sənədlə elektron vizaların verilməsində dəyişiklik edilib. Belə ki, birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza verilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir. Qeyd edək ki, dəyişiklikdən əvvəl elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat müddətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilirdi.
Elektron vizaların verilməsində dəyişiklik edildi



“ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edildi
Əcnəbilərə elektron qaydada viza verilməsi proseduru dəyişdi
Prezident Miqrasiya Məcəlləsində dəyişikliyi təsdiqlədi
Pensiyaçıların NƏZƏRİNƏ: Qanunvericiliyə dəyişiklik edilir
Əbülfəs Qarayev: Vizanın 3 saata verilməsi bütün maneələri aradan qaldırdı
Bu şəxslərə 190 manat verilməsindən imtina edildi
Daha 19,6 min şəxsə 190 manat verilmədi — RƏSMİ
“Notariat haqqında” Qanunda dəyişiklik edilib
Uşağın doğulmasına görə birdəfəlik müavinətlə bağlı yenilik
Əhaliyə ŞAD XƏBƏR: bu şəxslərə parklanma pulsuz olacaq
“Turizm haqqında” qanuna dəyişiklik edilir
Səudiyyə Ərəbistanı zəvvarlar üçün elektron viza tətbiq edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 