“Cəmiyyətdə pandemiyanın təhsil sisteminə təsiri barədə fikirlər birmənalı deyil”.
ONN media xəbər verir ki, bu sözləri deputat Etibar Əliyev deyib.
O bildirib ki, pandemiya ali məktəblər qarşısında 3 problem yaradıb:
“Birincisi, mövcud vəziyyəti nəzərə almaqla təhsil prosesini təşkil etmək və keyfiyyətli təhsilə nail olmaq. İkincisi, virtual məkanda işləmək bacarığı olmayan müəllimlərə dəstək durmaq. Üçüncüsü isə çıxılmaz vəziyyətlə üzləşən tələbələrə dəstək olmaq. Distant təhsil ətrafında geniş imitasiyalar mövcuddur. Bütün universitetlər və tələbələrlə bağlı universal qərar qəbul etmək mümkün deyil. Bütün dünyada belədir. Tələbələrin distant təhsilin keyfiyyətinə verdiyi qiymət fərqlidir. Ali məktəblər prosesi fərqli şəkildə həyata keçirirlər. Universitet var ki, günə 900 distant dərs təşkil edə bilir. Təhsil Nazirliyi və müstəqil ekspertlər təhsilin bu növünü yetərincə yüksək səviyyədə təşkil edənləri və edə bilməyənləri aşkar etməlidir.
Sual yaranır ki, ali məktəblər distant təhsilə keçdikləri zaman təhsil haqlarına baxılmalıdırmı? Ali məktəblərin yeganə gəlir mənbəyi olan təhsil haqlarının 83-85 faizi əmək haqlarına sərf olunur. Bu il dövlət sifarişli yerlər 16 000 nəfər artırılıb. Ödənişli təhsil alan tələbələr də təhsil nailiyyətlərinə görə təqaüd alırlar. Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Bütün bunlar tələbələr üçün yüksək güzəştlərdir”.
E.Əliyev karantin müddətində müəllim və həkimlərin göstərdiyi fədakarlıqdan da danışıb:
“Ali məktəb rəhbərləri də pandemiyanın tələbələrin təhsilinə təsirini yumşaltmaq məqsədilə müxtəlif güzəştlər həyata keçirir. Bununla yanaşı biz müəllimləri də düşünməliyik. Pandemiya dövründə ən böyük fədakarlığı həkimlər və müəllimlər etdilər. Lakin həkimlər illər ərzində gördüyü işi, müəllimlər isə heç vaxt görmədikləri yeni işi etdilər - distant dərslər apardılar.
Təhsilin bütün pillələrində çalışan müəllimlər bu dövr ərzində müxtəlif vasitələrlə dərs deməyə çalışdılar. Əlbəttə ki, bilik qazanmaq istəyi olan tələbələrin böyük hissəsi bundan bəhrələndi. Tələbələrin kursdan-kursa keçmələri məsələsində problem yaradılmamalıdır. Distant təhsilin təşkili ənənəvi təhsildən qat-qat çətindir. Buna görə də tələbələr və valideynlər təhsil haqlarının ödənilməsinə anlayışla yanaşmalıdırlar. Bu yük dövlətin üzərinə düşməməlidir. Onsuz da tələbələrə təhsil haqlarının hissə-hissə ödənilməsinə imkan verilir. Dövlətin dəstəyi ilə vətəndaşın dəstəyi uzlaşmalı və vəhdət təşkil etməlidir. “Birlikdə güclüyük” paradiqması isə bunun fəlsəfəsini təşkil etməlidir.
Nəzərə almaq lazımdır ki, elə ali məktəblər var ki, plan yerləri 70-80 faiz dolub. Bunun özü də müəllimlərin əmək haqqının ödənilməsində ciddi problemlər yaradırdı”.



Təhsil nazirindən məktəblərin bağlanması ilə bağlı AÇIQLAMA
Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR
Özəl məktəblər keçmədikləri təhsil proqramının pulunu geri qaytaracaqlar?
Daha iki məktəb distant təhsilə keçdi
Azərbaycanda tədrisin distant forması yaradılır
Ölkə yenidən qapanmaya hazırlaşır?
Məktəblər bağlanacaq? - 2 nazirlik məlumat yaydı
Bu universitetdə dərslər davam etdiriləcək - Rektor AÇIQLADI
RƏSMİ AÇIQLAMA: Bu gün 19 şagird və 3 təhsil işçisi koronavirusa yoluxdu
Azərbaycanda 4 məktəb koronavirusa görə bağlandı
Noyabrın 2-dən dərslər bu formada keçiriləcək - YENİ QƏRAR
Məktəblər bağlanacaq? - Təhsil Nazirliyi AÇIQLAMA YAYDI
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 