Havaların kəskin istiləşməsi ilə çimərlik mövsümü başlasa da, pandemiya səbəbindən dəniz sahilləri boşdur.
İsti yay günlərində sərinləmək istəyənlər əsasən dənizə üz tuturdu. Ancaq bu il dəniz sahillərində fərqli mənzərə var. Xəzər dənizi boyu ard-arda düzülmüş çimərlik mərkəzləri bomboşdur. Gün ərzində mərkəzlərə istirahət üçün barmaqla sayılacaq qədər insan gəlir.
Ancaq dəniz sahilində tibbi maskadan istifadə edən yoxdur.
Hazırda çimərlik sahillərinə polis əməkdaşları da nəzarət edir.
Mərdəkanda yerləşən istirahət mərkəzlərindən birinin sahibi də bunu təsdiqləyib. O bildirib ki, ən isti günlərdə belə çox az insan dənizə sahilinə istirahətə gəlir:
“Dniz sahilləri adətən həftə sonları dolub-daşırdı. Mövsüm başlayandan həftə sonları iki günlük karantin rejimi elan edildiyi üçün mərkəzlərimiz də işləmir. Həftə içi isə həm hamı işdə olur, həm də pandemiya səbəbindən yəqin ki, çoxu gəlməyə ehtiyat edir”.
Sahibkar bildirib ki, məsafə saxlamaqla bağlı problem yaranmır:
“Onsuz da dəniz sahilində sıxlıq yaşanmır. Gələnlərin sayı az olduğu üçün sosial məsafə pozulmur. Həm də vəziyyətə polis əməkdaşları nəzarət edir”.




Bu çimərliklər bağlana bilər
Bu tarixdən çimərlik mövsümü başlayır
Çimərliklərdə monitorinqlərin nəticələri açıqlandı- VƏZİYYƏT NECƏDİR?
Bu çimərliklərə getməyin! - XƏBƏRDARLIQ
Bu çimərliklərdə suyun keyfiyyəti normaya uyğundur - SİYAHI
Dəniz qumu üzərində gəzməyin faydası
"Dənizə girmək savabdır"
Paytaxtdakı ictimai çimərliklərdə yay mövsümünə hazırlıq başa çatdı
İstifadəyə yararsız çimərliklərin ADLARI açıqlandı
Bakıda pulsuz çimərlik azalıb: Agentlik hərəkətə keçdi - VİDEO
Çimərliklərdə giriş niyə ödənişlidir?
Novxanı çimərliyində İYRƏNCLİK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 