Əgər yay ayları ərzində COVİD-19-un yayılmasının qarşısının alınması üçün tələb olunan qaydalara əməl edilməsə, sentyabr-oktyabr aylarında mövsümi xəstəliklərin də ortaya çıxması ilə əlaqədar vəziyyət daha gərgin ola bilər.
Bunu Trend-ə tibb elmləri doktoru, professor Adil Allahverdiyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda koronavirusla mübarizə işi 1-2 ay əvvəllə müqayisədə çətinləşir, çünki ölkədə virusa yoluxan xəstələrin sayı getdikcə artır.
Koronavirusun olmaması barədə yayılan şayiələri əsassız hesab edən infeksionist qeyd edib ki, bəzi insanlar həftənin sonunda sərt karantin qaydalarının tətbiq edilməsini qeyri-ciddi qarşılayır:
"İnsanlar bunu zarafata salmalı deyillər, ciddi yanaşmalıdırlar. Başa düşməlidirlər ki, hər bir kəs COVİD-19 daşıyıcısı ola bilər. Türkiyədə küçədə gəzən biri qarşıdan kiminsə gəldiyini gördükdə yolunu dəyişir, çünki onlar artıq hər kəsə COVİD-19 daşıyıcısı kimi baxırlar.
Əgər Azərbaycanda da belə edilməsə, vəziyyət yaxşılığa doğru dəyişməyəcək. Virusun yayılmasının qarşısını almaq üçün bu gün həkimlərimizin var-gücü ilə çalışması ilə yanaşı, insanlar da öz düşüncələrini dəyişməli və məsələni ciddi qəbul etməlidirlər”.



Əhaliyə MÜRACİƏT EDİLDİ: Azərbaycanda sərt karantin gəlir...
Bu tarixdən bəzi qadağalar götürülə bilər
COVID-19-a təkrar yoluxmaq olarmı?
İnfeksionist XƏBƏRDARLIQ ETDİ: İndi qripə yoluxmaq...
Baş infeksionistdən XƏBƏRDARLIQ: İnsanlar virusun daha çox yayılmaması üçün...
Gənclər arasında koronaya yoluxma niyə artır?
TƏBİB -dən QORXULU PROQNOZ: "Yoluxma sayı yaydakını ötə bilər”
Həftənin bu günü işlər dayandırılsın - Komitə sədrindən TƏKLİF
Yoluxanların sayı qəsdən şişirdilir? – Professordan açıqlama
Məktəblərin açılması prosesi dayana bilər?
Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 