Gücləndirilmiş karantin rejiminin tətbiq olunmadığı rayonlara turist axını olub. ONN media xəbər verir ki, son iki gündə Quba ən çox yerli turist qəbul edən rayonlardan olub. Ötən cümə və şənbə günlərində Bakıdan Qubaya doğru minlərlə avtomobil yola çıxıb. Hətta avtomobillərin sayı o qədər çox olub ki, Bakıdan Qubaya qədər gecə saatlarınadək bütün yolda tıxac yaranıb. Amma Qubaya minlərlə insanın axın etməsi koronavirus təhlükəsinin bu rayonda da geniş yayılmasına dair narahatlıqları artırıb. Yerli sakinlər deyirlər ki, gələn turistlər karantin qaydalarına əməl etmirlər. Sosial məsafə qorunmur, tibbi maskalardan istifadə olunmur. Qubanın bütün turizm marşrutları, həmçinin kotec və otellər turistlərlə dolu olub. Obyekt sahibləri deyirlər ki, müştəri qəbul edərkən karantin qaydalarına riayət ediblər. Rayonun Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, Qubada indiyə qədər cəmi 2 nəfərdə virus aşkarlanıb. Onlar da son 10 gündə yoluxub. Bu təhlükənin geniş yayılmaması üçün turistlərin getdiyi yerlər dezinfeksiya olunur. Ən çox turist isə Təngəaltı, Qəçrəş və Xınalıqada qeydə alınıb. Bakıya yaxın rayon olan Şamaxıya da üz tutanlar çox olub. Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, vətəndaşların sıx toplaşdıqları yerlər dezinfeksiya olunur və əlavə maarifləndirmə işləri aparılır. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: https://www.youtube.com/watch?v=X4L6Ikol66U&feature=emb_title
Şəhərdən rayonlara axından sakinlər NARAHATDIR - VİDEO



Rayonlara gediş-gəliş açılır?
Qubaya qar yağır
Qubada restoranda 13 nəfər cərimələndi
Ucar, İsmayıllı və Şamaxıda son vəziyyət — 186 nəfər...
Azərbaycan uzunmüddətli karantin rejiminə keçə bilər - XƏBƏRDARLIQ
Karantin rejimi yenidən sərtləşdirilə bilər? - AÇIQLAMA
TƏBİB-dən karantin rejiminin yumşaldılması ilə bağlı AÇIQLAMA
Bakı yenə rayonlara axın edir — FOTOLAR
Azərbaycanda karantin rejimi uzadıldı - SON DƏQİQƏ
“İnsanlar elə bilirlər ki, virus yoxa çıxıb” - Baş infeksionist
"Bu, karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir" - DİN-dən XƏBƏRDARLIQ
İranlılar koronavirusdan qorunmaq üçün görün nə edirlər - DƏHŞƏTLİ FACİƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 