“İyunun 21-də COVID-19 testinin nəticəsi müsbət gələndən sonra təcili yardım məni Mərdəkanda yerləşən 26 saylı Birləşmiş şəhər xəstəxənasına yerləşdirdi. Elə həmin gündən də müalicə prosesi başladı...” ONN media xəbər verir ki, bunu ARB TV-nin koronavirusa yoluxmuş əməkdaşı Azər Ağayev sosial media hesabında paylaşıb. “İlk olaraq qeyd edim ki, olduğum xəstəxanada tibbi personal azlıq təşkil edirdi. Üç növbə işləyirdilər. Hər növbə səkkiz saat çalışırdı. Formada işləməyin necə çətin olduğunu artıq hamı bilir. Lakin buna baxmayaraq, həkimlər əlindən gələni əsirgəmirdi” - deyə, A.Ağayev müşahidələrini bölüşüb. Jurnalist keçirdiyi xəstəliyin əlamətlərini də bölüşüb: “Xəstəliyin halsızlıq, boğulmalar, qızdırma, öskürək və digər simptomları var. Yüngül və ağır formaları var idi. Reanimasiyada canı ilə savaşandan tutmuş, palatada halsız uzanana qədər... Virus isə anbaan adamın vəziyyətini dəyişirdi. Yaxşı olduğun yerdə boğulma tutur, ya qızdırma qalxırdı... Xəstəxana ortamı isə bir tərəfdən adama psixoloji təsir edirdi... Uzandığın yerdə kiminsə ölüm xəbərini eşidirsən, yaxud meyit ilə üzbəüz gəlirsən. Gecə yatdığın yerdə pəncərəndən ağlaşma səsləri gəlir. Ya kimsə ölüb, vəziyyəti ağırlaşan var. Ya da xəstənin uzandıq yerdə ağırlaşaraq reanimasiyaya aparıldığının şahidi olursan. 26 saylı xəstəxanaya ilk gedənlərdən idim. Sonrakı günlərdə isə xəstə sayı o qədər artmışdı ki, palatalar, demək olar, dolmuşdu. Xəstəxanada çarpayı çatmırdı. Mənə verilən çarpayının döşəkçəsi iki gün belimi qırırdı. İki gündən sonra, sağ olsunlar, dəyişdilər. Əsas odur ki, bu gün müalicə bitdi, evimə təxliyyə oldum. Düzdür, bəzi boğulmalar hələ də var, amma bu da keçəcək. İndi isə 14 günlük ev karantini başlayır...”.(publika.az)
ARB TV-nin koronavirusa yoluxan əməkdaşı - "Birdən-birə..."



Koronavirusa yoluxmuş şəxslər evdə necə müalicə olunacaq? - RƏSMİ
Koronavirusa inanmayanlar mütləq oxusun
Mirşahin Ağayev və ailə üzvləri koronavirusa yoluxdu
ATV-nin bir neçə əməkdaşı koronavirusa yoluxdu
Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib
Koronavirus beyinə necə yayılır? - ARAŞDIRMA
Koronavirusa yoluxan telekanal müxbiri: “Təngnəfəslik əmələ gələndən sonra həkimə müraciət etdim”
ÜST-nin iki əməkdaşı da koronavirusa yoluxdu
Koronavirusa yoluxan Niyaməddin Musayevdən XƏBƏR VAR
Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər - RƏSMİ
Bakıda bank işçisi koronavirusa yoluxdu - Filial bağlandı
Azərbaycanda koronavirusa yoluxmuş 2 qadın tutuldu - SƏBƏB?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 