Daxili İşlər Nazirliyi Bakı şəhərində karantin postlarını yığışdırandan sonra avtomobil sahiblərinin müşahidə kameraları vasitəsilə cərimələnəcəyini açıqlayıb. Portalda qeydiyyatdan keçən və "SMS icazə" sistemi vasitəsilə icazə alan şəxslərin inteqrasiya olunmuş sistem vasitəsilə müəyyən olunacağı və cərimələnməyəcəyi bildirilib. Lakin Nazirlər Kabinetinin qərarına görə hüquq-mühafizə orqanlarının əməkdaşları və vəkillər xidməti vəsiqə əsasında hərəkət etdikləri üçün onların nə portalda qeydiyyatı var, nə də "SMS icazə" sistemindən istifadə edirlər. Həmçinin, qanunvericilik karantinlə bağlı tətbiq edilən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə video müşahidə kameraları vasitəsilə elektron protokol tərtib etməyə icazə vermir. ONN media xəbər verir ki, bunu "Asan Xidmət"in rəhbəri Ülvi Mehdiyev "Qafqazinfo"ya deyib. O bildirib ki, bu qaydanın tətbiqi yalnız qanunvericiliyə dəyişiklik edildikdən sonra mümkün olacaq: "Avtomobillərin dövlət nömrə nişanının "SMS icazə" sisteminə daxil edilməsi vasitəsi ilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar yeni qanun layihəsi hazırlanır. Milli Məclisdə qanunvericiliyə dəyişiklik olarsa, o zaman bu, tətbiq olunacaq. Nazirlər Kabinetinin qərarı ilə xidməti vəsiqə ilə hərəkətinə icazə verilən şəxslərin avtomobillərinə gəlincə, bu məsələnin də qanunvericilikdə texniki həlli əksini tapacaq. Birinci qanun icazə verməlidir ki, kamera vasitəsi cərimə yazıla bilsin. Vəsiqəsi əsasında hərəkət edən insanların kamera vasitəsi ilə cərimələnməməsinin təmin olunması texniki məsələdir, tənzimlənəcək”. Ü. Mehdiyev qeyd edib ki, iyulun 5-dən vətəndaşlara SMS yazarkən avtomobillərinin dövlət nömrə nişanını da yazsınlar: “Amma cərimə hələ tətbiq olunmayacaq. Bunun üçün qanunvericiliyə dəyişiklik olunmalı və qanun təsdiqlənməlidir".
ŞAD XƏBƏR: Kamera vasitəsilə cərimə yazılmayacaq - RƏSMİ



SMS icazə sistemində limit qoyuldu: Gündə bir dəfə... - VİDEO
Bu ərazilərdəki vətəndaşlar SMS icazə ilə hərəkət edəcək
Zibil atmaq üçün icazə alınmalıdır? - RƏSMİ AÇIQLAMA
COVID-19 pasportunun olub-olmaması bu cür yoxlanacaq - RƏSMİ
SMS icazə xidməti ilə bağlı ən çox verilən sualların cavabları
Xidməti vəsiqə ilə hərəkətinə icazə verilən qurumlar - SİYAHI
Yaşayış yerindən çıxmağa üç halda icazə veriləcək
Bu şəxslərin SMS icazədən istifadəsi mümkün olmayacaq
"Bu, karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir" - DİN-dən XƏBƏRDARLIQ
Yol polisindən bu şəxslərə XƏBƏRDARLIQ
Yaşayış yerini yalnız üç halda TƏRK ETMƏK OLAR - QAYDALAR
“ASAN Xidmət” vasitəsilə 44 hüquqi şəxsə icazə verilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 