İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Biznesə başlama, vergi və hesabtlılıq sahəsində məlumatlılığın artrılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə Kommunikasiya Strategiyası” hazırlayıb.
Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, ölkə prezidentinin “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb. Dövlət Vergi Xidməti isə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” üzrə İşçi Qrupunun fəaliyyətinə rəhbərlik edir.
İşçi qrupun fəaliyyətinin kütləvi informasiya vasitələrində daha geniş işıqlandırılması, islahatların aparıldığı sahələrdə ictimai məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi məqsədilə yeni strategiya işlənib hazırlanıb. Sənəd Dövlət Vergi Xidmətinin fəaliyyət sahəsinə aid iki istiqamət - biznesə başlama və vergilərin ödənilməsi sahələrində islahatlarla bağlıdır.
Kommunikasiya strategiyası islahatların həyata keçirildiyi sahələrdə ictimai iştirakçılığın artırılması, ekspert cəmiyyətinin cəlb olunması yolu ilə mövcud çətinliklərin həll edilməsi və mütərəqqi yeniliklərin tətbiqi, vergi ödəyicilərinin və cəmiyyətin həyata keçirilən islahatlardan məmnunluq səviyyəsinin artırılması məqsədilə həyata keçirilməli siyasətləri, yanaşmaları, addımları və tədbirlər toplusunu əhatə edir. Sənəd indiyədək həyata keçirilmiş iş planları, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tövsiyələri nəzərə alınmaqla hazırlanıb.



Mikayıl Cabbarov yeni xidmət yaradıb- Artıq...
İlham Əliyev sərəncam imzaladı
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun iclası keçirilib
Vergi Məcəlləsində dəyişiklik ediləcək
Bu şəxslərin məlumatları vergi orqanına veriləcək
"Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası Qaydası" təsdiqləndi
Bu şəxslərin maaşı artırılır
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
Vergilər Nazirliyi yeni vergi siyasəti və vergi inzibatçılığında aparılacaq dəyişiklikləri acıqlayacaq
Sədərək TM bağlanır?- Rəsmi
Əli Əsədov qərar imzaladı
Un məmulatlarının satışından ƏDV tutulması müzakirə edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 