31 iyul və 1 avqust tarixlərində Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Bu il bayram pandemiya və xüsusi karantin dövrünə təsadüf edir. Belə bir vəziyyətdə qurban kəsmə mərasiminin necə təşkil edilməsi sual doğurur.
Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, qurban kəsimi üçün karantin qaydalarına riayət olunacaq xüsusi yerlər ayrılacaq: "Tövsiyə edirik, hamı ora müraciət etsin. Epidemoloji durumun pisləşməməsi üçün camaat namazları da təxirə salınacaq. İnsanların bir araya gələrək bu ayinləri icra etməsi yolverilməzdir. Hər kəs evində tək və ya ailəsi ilə bayram namazı qılar, daha sonra isə canlı yayımda bayram xütbələrini dinləyə bilər". H.Şahin adətə görə nişanlı qızlara qurbanlıq qoyun aparılmasından və pandemiya şəraitindən bunun nə dərəcədə düzgün olmasından da danışıb: "Yeni qurulan ailələr bir-birinə qurban payı aparır, onlar da öz növbəsində fəqir qonşularına yardım edirlər. Ailənin təməlləri xeyriyyəçiliklə başlayır. Bu adəti davam etdirmək olar, sadəcə qurban aparmaqla kifayətlənmək lazımdır. Bu il təhlükəli şəraitdə xüsusi yığıncaq və məclislər keçirmək məqsədəuyğun deyil. Yeni ailə adından camaata ət yardımı paylamaq, onların xeyir-duasını qazanmaq yetərlidir. Qurban aparmaq adı ilə evlərdə yığıncaqların keçirilməsinə yol vermək olmaz. Bu, ilk növbədə dini qaydaların pozulmasıdır. Qurani-Kərimdə buyurulur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Buna görə də insanlarımız qaydalara əməl etməlidirlər".(axar.az)Azərbaycanda daha bir qadağa tətbiq ediləcək



Qurban bayramı namazı BU TARİXDƏ qılınacaq
Bayram namazı bu saatlarda qılınacaq - RƏSMİ
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq
Azərbaycanda Ramazan bayramı namazı necə qılınacaq? - AÇIQLAMA
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur
Bakıda bayram namazı qılındı
Ramazan bayramında qurban kəsmək olarmı? – Hacı Şahin
Bu gün Azərbaycanda Qurban Bayramı qeyd olunur
Bayram namazının vaxtı açıqlandı
DİN-dən bayramla bağlı əhaliyə MÜRACİƏT
Məscidlərdə bayram namazı qılınıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 