Sumqayıt şəhəri Asfalt zavod ərazisində (147-nömrəli Abşeron Ceyranbatan peşə məktəbinin arxasında) yerləşən fərdi yaşayış evlərinin 30-dan artıq sakinin “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın tələbinə uyğun olaraq enerji təchizatı dayandırılıb.
“Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin ONN media -ya verdiyi məlumata görə, illərdir adıçəkilən ərazidə məskunlaşmış sakinlər 147 nömrəli Abşeron Ceyranbatan peşə məktəbinin transformatorundan öz fərdi evlərinə qanunsuz olaraq elektrik xətləri çəkib:
“Elektrik enerjisi təchizatı idarəsində qeydiyyata düşməyib, bu günə qədər istehlak olunmuş enerji sərfinin dəyərini ödəməyiblər. ”Azərişıq” ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəhbərliyi və əməkdaşlarının dəfələrlə xəbərdarlıqlarına məhəl qoymayaraq elektrik enerjisi təchizatlarını qanunsuz bərpa ediblər”.
T.Mustafayev bildirib ki, “Azərişıq” ASC uzun müddətdir respublikanın regionlarındakı yeni salınan yaşayış massivlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün əsaslı təmir-tikinti və yenidənqurma işləri aparır, yeni güc mərkəzləri yaradılır, 0,4 kV-luq paylayıçı şəbəkələr yenidən qurulur.
“Qüvvədə olan qanuna əsasən fərdi yaşayış evlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi yalnız“ASAN” xidmət və “ASAN” kommunal mərkəzləri tərəfindən təmin olunur.Texniki şərt alınmadan özbaşına elektrik şəbəkəsinə qoşulması qanuna görə müvafiq məsuliyyətə səbəb olur. Qanunun tələbinə əməl edən hər bir vətəndaşın keyfiyyətli, fasiləsiz və dayanaqlı elektrik enerjisi ilə təchizatı “Azərişıq” ASC tərəfindən təmin olunur”.



Bu ərazilərdə elektrik enerjisinin verilişi dayandırıldı
Abşeron və Sumqayıtın bir hissəsinə elektrik enerjisi verilişi dayandırıldı
Məhəmmədi qəsəbəsində yaşayanların DİQQƏTİNƏ!
Yasamalda elektrik enerjisinin təchizatı dayandırılacaq
Borcu olanların işığı kəsiləcək – Xəbərdarlıq
"Azərişıq"dan XƏBƏRDARLIQ
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
17 kəndin işıq probleminə son qoyulur
Elektrik xəttində qəza baş verib
Sumqayıtın bir hissəsi işıqsız qaldı - Səbəb
"Azərişıq"dan bu abonentlərə SƏRT XƏBƏRDARLIQ - VİDEO
"Azərişıq" hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçdi
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 