Karantin rejiminin yenidən sərtləşdirilməsi üzərində düşünməliyik. Həm havalar soyuyur, həm də əhalidə məsuliyyət hissi aşağı düşüb. 10 milyonluq əhalisi olan Azərbaycan üçün yoluxma sayının 500-ün üzərində olması çox ciddi rəqəmlərdir. Gündə 500 yoluxma olması çox ciddi fəsadlara gətirib çıxara bilər. ONN media xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında Milli Məcslisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O, bildirib ki, kəskin yoluxma sayı artmağa davam edərsə, 10 gün ərzində bütün statisionar ehtiyatlarımız dola bilər. “Bu, davam edərsə, sərt karantin rejiminin yenidən qüvvəyə minməsi üzərində düşünmək lazım olacaq. Karantin olsa da, olmasa da, mediada xəstəliklə bağlı maarifləndirmə işlərinin davam etdirilməsi labüddür. Vətən müharibəsi ilə əlaqədar bütün diqqət cəbhəyə yönəlib, informasiyaların böyük hissəsi bu istiqamətdədir. Amma unutmayaq ki, koronovirus da erməni qədər təhlükəli virusdur. Biz bunu da gözdən qaçırmamalıyıq. Qapalı məkanlarda insanların toplaşmasına, xüsusilə mərasimlərin keçirilməsinə imkan verilməməlidir. Sözsüz ki, sosial məsafə, maska və gigiyena qaydalarına ciddi şəkildə əməl edilməlidir. Biz artıq bu yolu keçmişik, üzləşdiyimiz bu vəziyyət bizə tanışdır. Aprel, iyun, iyul və avqust aylarında da ölkə üzərində sərt karantin rejimi tətbiq olunub. Odur ki, bəzi iş yerlərinin yenidən qapadılması, onlayn rejimə keçməsi, ofislərdə iş qüvvəsinin 50 faiz azadılması, metronun yenidən dayandırılması, ictimai nəqliyyat vasitələrində sərt nəzarətin gücləndirilməsi, açılan xüsusi iaşə müəssələrinin qapadılması, yaxud da ki, iş saatlarının məhdudlaşdırılması gündəmə gələ bilər, restoran, kafe və çayxanaların fəaliyyətinin məhdudlaşdırılması gözlənilir. Bütün bunları Operativ Qərargah öz nəzarətində saxlayır, onlar öz tövsiyələrini verəcək, amma əvvəlki təcrübəni nəzərə alaraq bu fikirləri söyləmək yerinə düşər”.
Azərbaycanda metro, restoran və kafelərin fəaliyyəti məhdudlaşır



Karantin rejimi yenidən sərtləşdirilə bilər? - AÇIQLAMA
Karantin ləğv edilə bilər - Açıqlama
Azərbaycanda aylıq karantin tətbiq edilə bilər - RƏSMİ AÇIQLAMA
Apreldə vəziyyət necə dəyişəcək? - Tanınmış həkim açıqladı
"Yoluxma ehtimalı hələ çoxdur" - Baş epidemioloqdan MÜHÜM AÇIQLAMA
Karantin rejimi yenidən sərtləşdirilə bilər — YOLUXMA ARTIR...
Bu ölkələr SƏRT KARANTİN REJİMİNƏ keçir
Kafe və restoranların fəaliyyəti bu şərtlə bərpa oluna bilər - AÇIQLAMA
Karantin rejimi nə vaxt tam ləğv olunacaq? – AÇIQLAMA
TƏBİB sədri cərimələrdən danışdı: "Davam edərsə..."
İri ticarət mərkəzləri və "Mall"larla bağlı AÇIQLAMA - Bu aydan etibarən...
Bayramdan sonra karantin sərtləşdirilə bilər - AÇIQLAMA
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 