Nazirlər Kabinetinin 25 iyul 2020-ci il tarixli yeni qərarı özünüməşğulluq proqramının icrası, proqram çərçivəsində işsiz və işaxtaranların kiçik ailə təsərrüfatlarının yaradılması işinin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə də ardıcıl şəkildə davam etdirilməsinə imkan yaradır. Qərarda hazırkı pandemiya ilə əlaqədar olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunmaları nəzərdə tutulur. Həmin şəxslərə yerli məşğulluq orqanlarının köməkliyi ilə tərtib etdikləri biznes planlar əsasında material, avadanlıq və digər əmlak veriləcək. Nazirlikdən ONN media -ya verilən məlumata görə, xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb olunmasını təmin edəcək. Bununla əlaqədar nazirlik özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını da sürətləndirəcək. 2020-ci il üzrə 12 min ailənin (50 min ailə üzvü) özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır və bu ilin ötən dövründə onlardan artıq 4200-ə yaxın şəxs proqrama cəlb edilib.
12 min ailəyə ŞAD XƏBƏR



Azərbaycanda işsizlər üçün YENİ İMKANLAR
İşsizlərə sığorta ödənişinin müddəti artırıldı
DİQQƏT! Vətəndaşlara seçim imkanı verildi: İş və pul təklif olundu
Baş nazirdən işsizlərlə bağlı VACİB QƏRAR
Dövlət bu şəxslərə maddi dəstək verəcək - SİYAHI
190 manatla bağlı əhaliyə vacib xəbərdarlıq
İşsizlər evdən çıxmadan bu üsulla qeydiyyata düşə bilər — RƏSMi
Bu il 2158 məcburi köçkün işlə təmin edilib
İşsizlərin nəzərinə! - Əmək yarmarkası keçiriləcək - SİYAHI
Baş Nazir Əli Əsədovdan yeni qərar — QAYDALAR DƏYİŞDİ
Azad olunmuş ərazilərlə bağlı yeni işçi qrupu yaradılıb - RƏSMİ
Əli Əsədovdan məşğulluqla bağlı YENİ QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 