Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən fevral ayında 12 şəhər və rayonda (Balakən, Göyçay, Lənkəran, Qəbələ, Şəki, Beyləqan, Gəncə-Nizami, Goranboy, Neftçala, Şamaxı, Tovuz, Sumqayıt) əmək yarmarkasının keçirilməsi planlaşdırılır.
ONN media xəbər verir ki, əmək yarmarkalarında həmin bölgələrdəki idarə, müəssisə və təşkilatlarda olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Onlara peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı kurslarına cəlb olunacaq.
Yarmarkalar zamanı işsiz və işaxtaranların istəkləri əsasında onların ödənişli ictimai işlərə, müvafiq potensialları olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı da aparılacaq.
Qeyd edək ki, 2020-ci il üzrə əmək yarmarkalarının keçirilməsinə ötən aydan başlanıb. Bu il ərzində respublikamızın 58 şəhər və rayonunda 100 əmək yarmarkasının təşkili nəzərdə tutulur.



Azərbaycanda bu şəxslərə 250 manat təqaüd verilir - RƏSMİ
Bu şəxslərə işsiz olduğu üçün 250 AZN təqaüd təyin olunur
Nazirlik işəgötürənlərə müraciət etdi
50 mindən çox işsizə iş verildi
Bakıda iş axtaranlara ŞAD XƏBƏR
Milli Qəhrəmanın ailəsinə ev verildi
Baş nazirdən qərar- Pul veriləcək
İşsizlərə SEVİNDİRİCİ XƏBƏR
Baş nazirdən işsizlərlə bağlı VACİB QƏRAR
12 min ailəyə ŞAD XƏBƏR
DİQQƏT! Vətəndaşlara seçim imkanı verildi: İş və pul təklif olundu
İşsizlərin nəzərinə!- Əmək haqqı alacaqsınız
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 