Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Zəkiyyə Mustafayeva qurumun sədr müavini vəzifəsinə təyin olunub. Bu barədə ONN media -ya AQTA-dan məlumat verilib. Qeyd edək ki, Z. Mustafayeva 27 dekabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini pediatriya ixtisası üzrə 1986-1992-ci illərdə Azərbaycan Tibb Universitetində alıb. Təhsilini 2006-2009-cu illərdə Xəzər Universitetində biznesin təşkili və idarəedilməsi (səhiyyə sahəsində) ixtisası üzrə davam etdirib. 1992-2006-cı illərdə dövlət və özəl tibb müəssisələrində, 2007-2010-cu illərdə Səhiyyə Nazirliyinin “Səhiyyə sektorunda islahatlar” layihəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2010-2019-cu illərdə Səhiyyə Nazirliyinin Aparat rəhbəri, 2019-2020-ci illərdə AQTA-nın Aparat rəhbəri vəzifəsində çalışıb. Səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə 2013-cü ildə Səhiyyə naziri tərəfindən “Səhiyyə əlaçısı” döş nişanı, 2016-cı ildə isə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Dövlət qulluğunun baş müşaviridir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.
AQTA sədrinə yeni müavin təyin olundu - DOSYE



AQTA-da yeni TƏYİNAT
Oqtay Şirəliyev yeni aparat rəhbəri təyin edib
Yeni nazir müavini kimdir? - DOSYE
Azərbaycanda müşavirə yüksək vəzifə verildi
"ASAN Xidmət"ə yeni sədr müavini təyin olundu - DOSYE
Yeni nazir özünə müşavir təyin edib – Qəhrəman Kazımov kimdir?
İlham Əliyev sərəncam imzaladı
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Tahir Budaqov kimdir? – DOSYE
Prezidentin yüksək vəzifə verdiyi Vüqar Süleymanov kimdir? - DOSYE
Müdafiə sənayesi nazirinin yeni müavini kimdir? - Dosye
Nazir Emin Əmrullayevə yeni müşavir təyin edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 