Hakim Yeni Azərbaycan Partiyasının bugünkü növbədənkənar qurultayından sonra İcra katibliyi ləğv edilib. ONN media xəbər verir ki, İcra katibliyinin əvəzinə Mərkəzi Aparat yaradılıb və Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin sərəncamı ilə Tahir Budaqov partiya sədrinin müavini, Aparat rəhbəri yətin edilib. Qeyd edək ki, indiyə kimi YAP-ın İcra katibliyinə Baş nazirin müavini Əli Əhmədov rəhbərlik edirdi… Beləliklə, bundan sonra YAP-da əsas söz sahiblərindən biri Tahir Budaqov olacaq. Başqa sözlə, o, partiyada Əli Əhmədovun indiyə kimi yerinə yetirdiyi funksiyanı icra edəcək. Bəs Tahir Budaqov kimdir? Tahir Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir (1992). 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib. 3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildə YAP-ın, 1999-cu ildə YAP Siyasi Şurasının üzvü seçilib. Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu, 3-cü dərəcə dövlət müşaviridir. Evlidir, üç övladı var.
Tahir Budaqov kimdir? – DOSYE



İlham Əliyev YAP-a cari rəhbərliyi bu şəxsə həvalə etdi
YAP-ın yeni sədr müavini kollektivə təqdim olundu
Növbədənkənar prezident seçkilərində YAP-ın namizədi kim olacaq? - RƏSMİ
YAP və AKP arasında videokonfrans keçiriləcək
Naxçıvanın Statistika Komitəsinin sədri işdən çıxarıldı
YAP və AKP əməkdaşlığa dair niyyət protokolu imzaladı
Tahir Budaqov onu rəis təyin etdi
YAP-ın Təftiş Komissiyasının iclası keçirildi
YAP prezidentliyə namizədini açıqladı
Prezidentin vəzifədən uzaqlaşdırdığı icra başçısı kimdir?- Dosye
Tahir Budaqov Şamil Ayrımla görüşdü
AKP-nin nümayəndə heyəti Azərbaycana gələcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 