“Xiaomi” şirkəti yaradılmasının on illiyi münasibətilə “Mi TV Lux Transparent Edition” adlı şəffaf televizor təqdim edib. Söhbət kütləvi istehsal mərhələsində olan tam şəffaf televizordan gedir. O, 5,7 millimetr qalınlığında 55 düym diaqonallı şəffaf “OLED” ekranla təchiz edilib. Bundan başqa, televizor 120 giqaherslik yüksək yeniləmə tezliyinə malikdir. Həmçinin panel 10 bitlik rəng dərinliyi və “DCI-P3” rəng qammasını 93 faiz əhatə etməsi ilə xarakterizə olunur. Ekranın reaksiya vaxtı 1 milli saniyə təşkil edir. “MediaTek 9650” birkristallı sistemi ilə təchiz edilən qurğu “MEMC” və “Dolby Atmos” hərəkət kompensasiya texnologiyasını dəstəkləyir. Qiyməti 7100 dollar təşkil edəcək televizorun satışa çıxarılma müddəti barədə məlumat verilmir. Qeyd edək ki, şəffaf televizorlar əvvəllər də nümayiş olunub. Belə ki, 2019-cu ildə “IFA” sərgisində “Panasonic”, 2017-ci ildə “LG”, 2016-cı ildə isə “Samsung” ilk belə qurğusunu nümayiş etdirib. Lakin hazırda söhbət ilk kommersiya istifadəsinə verilən qurğudan gedir.
DÜNYADA İLK - Şəffaf televizor istehsal edildi



“Redmi Note 7” təqdim edildi
Bu taksilərin nəzərinə- İcazə verilməyəcək
Azərbaycanda daha bir YENİLİK
Yeni nəsil noutbuklar hazırlandı-BAXIŞLA İDARƏ OLUNACAQ
Apple ilin ilk smartfonunu təqdim etdi
Naxçıvanda yeni avtomobilin istehsalına başlanıldı
Ölkəyə gətirilən quzu əti niyə bahadır?
Kompüterdə 2 saatdan çox oturmaq ürək xəstəlikləri yaradır - ALİMLƏR
Lukaşenko prezident seçkilərindən danışdı: "Şəffaf olacaq və..."
Yaponiyada yeməklərin dadını ötürən televizor ixtira edildi
Azərbaycanda zirehli gödəkcə istehsal ediləcək
Seçkilərdə gənclər aktiv iştirak edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 