Azərbaycan Mərkəzi Bankı “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na dəyişiklik edib.
ONN media xəbər verir ki, bununla bağlı qərarı qurumun sədri Elman Rüstəmov imzalayıb.
Dəyişikliyə əsasən, yüklənə bilinməyən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 500 manatdan və yaxud onun ekvivalentində xarici valyutadan artıq və istifadə müddəti 2 ildən çox ola bilməz. İndiyə qədər bu məbləğ 150 manat olub.
Bundan başqa, istifadəçisi eyniləşdirilməyən yüklənə bilən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 100 manatdan və yaxud onun ekvivalentində xarici valyutadan artıq, istifadə müddəti isə 5 ildən çox ola bilməz. İndiyə qədər bu məbləğ 50 manat olub.
İstifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kartın istifadə müddəti 5 (beş) ildən, kart üzrə bir təqvim ili ərzində aparılan məxaric əməliyyatlarının həcmi isə 15 000 manatdan və ya onun ekvivalentində xarici valyutadan çox ola bilməz. İndiyə qədər bu məbləğ 10 000 manat olub.
Emitent (və yaxud ekvayer) tərəfindən daha aşağı limit müəyyən edilmədikdə POS-terminal vasitəsilə 50 manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kod daxil edilməklə aparılır. İndiyə qədər bu məbləğ 20 manat olub.



Kart vasitəsilə əməliyyatların aparılması qaydalarına dəyişiklik edildi
Prezidentdən kreditlərlə bağlı FƏRMAN
"Azəriqaz"dan əhaliyə XƏBƏRDARLIQ
DİQQƏT- 7 min cərimələnə bilərsiniz
“Azəriqaz” sayğacları dəyişdirir? - Açıqlama
Qaz sayğacları ilə bağlı əhaliyə mühüm xəbər
Şəhid və qazi ailələrinə “YAŞAT kart” veriləcək
"Azercell"dən yeni xidmət - "Mobil Ödəmə"
Xaricə gedənlərin nəzərinə: buna limit qoyuldu
"Bakı Kart" işlədənlərə ŞAD XƏBƏR
Parklanma qaydaları ilə bağlı YENİLİK
Birbank yenidən ən çox istifadə olunan platforma oldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 