Mədəniyyət Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinin tutulması üçün daxili müsahibə elan edir. Nazirlikdən ONN media -ya verilən məlumata görə, müsahibədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: - ərizə; - kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir); Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 02 sentyabr 2020-ci il tarixdən 16 sentyabr 2020-ci il tarixdə saat 1800-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müraciət edilə bilər.
DİQQƏT: Nazirlik mətbuat katibi axtarır



Tarif Şurası işçi axtarır
DİQQƏT: Bu vəzifələrə VAKANSİYA VAR
DİM-dən 261 nəfərə ŞAD XƏBƏR - İşə qəbul olundular
Nazirlikdə işləmək istəyənlərin DİQQƏTİNƏ!
32 vakant yerə ümumi müsahibə elan edilib
DİM 200 vakant vəzifə üzrə müsahibə mərhələsini elan edir
Vakant vəzifələrin tutulması üçün müsahibə elanları veriləcək
Qida Təhlükəsizliyi Agentliyi işçi axtarır
5 dövlət orqanında 88 yer vakantdır
43 nəfər dövlət qulluğuna qəbulla bağlı vakant vəzifəyə uyğun bilinib
İşsizlərə ŞAD XƏBƏR – Yeni iş yerlərinin SİYAHISI
65 vakant vəzifə üçün müsahibə keçiriləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 